23.2 C
Bakı
15 İyun 2026 12:00
İdmanTarix

Pelenin məşhur proqnozları

Futbol kralı özünün yanlış proqnozları ilə məşhur idi. Əslində “yanlış” ifadəsi burada çox yumşaq səslənir. Onun proqnozları tamamilə əksinə çıxırds.

Kral İlk məşhur proqnozunu 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında verdi. Onun fikrincə, Kolumbiya komandası çempion olacaqdı. Amma kolumbiyalılar o qədər də güclü olmayan qrupda (rəqibləri – ABŞ, İsveçrə, Rumıniya) sonuncu yeri tutdular və evə yollandılar.

Kral 1998-cı il çempionatında İspaniyanın favorit olduğunu söylədi. Bolqarıstan, Nigeriya və Paraqvayın yer aldığı qrupda İspaniyanın uğursuzluğa düçar olacağına inanmaq çətin idi. Amma ispanlar bunu “bacardılar”: cəmi 4 xal topladılar və qrupda 3-cü yeri tutaraq mübarizəni dayandırdılar.

2002-ci il çempionatı ilə bağlı Pele üç proqnoz verdi. Onlardan biri Braziliya, Kosta Rika və Türkiyə ilə eyni qrupda oynayan Çin komandasının növbəti mərhələyə çıxacağı idi. Çinlilər isə 3 oyunun üçündə də məğlub oldular, bir qol belə vurmayıb, doqquzunu buraxdılar.

Pelenin fikrincə, Braziliya həmin qrupdan çıxa bilməyəcəkdi. Amma Braziliya 3 qələbə ilə çıxdı və axırda çempion oldu.

Üçüncü proqnoz finalda Argentina və Fransanın qarşılaşacağı idi. Argentina öz qrupunda üçüncü yeri tutdu. Fransa isə cəmi 1 xal topladı, heç qol vura bilməyib qrupda dördüncü yeri tutdu. Hər iki komanda mübarizəni dayandırdı. Argentina-Fransa finalı 20 il sonra baş tutdu.

1991-ci ildə Qana komandası gənclər arasında dünya çempionu olduqda Pele 17 yaşlı qanalı Nii Lemptini “yeni Pele” elan etdi. Həmin Lempti 1997-1998-ci illərdə “Ankaragücü”də oynayırdı və karyerasını CAR çempionatında başa vurdu.

 

Mənbə: Tarixçi

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Türkiyə ilə matçda Ermənistan himni belə qarşılandı – VİDEO

admin

Dünyanın ən varlı futbolçuları – Ronaldu və Messidən ÇOX QAZANIRLAR

redaktor

“Belə qazonda futbol oynamaq çox ağırdır, bərbaddır” – Coşqun Diniyev

admin