26.3 C
Bakı
14 İyun 2026 19:16
DünyaSiyasət

450 min itkin uşaq: günahkarlar niyə tapılmır?

ABŞ-ın Daxili Təhlükəsizlik naziri Markveyn Mallin (24.03.2025 tarixində vəzifəyə təyin olunub) 11 iyunda mətbuata bildirib ki, Tramp ona Baydenin prezidentliyi dövründə itkin düşdüyü bildirilən 450.000 uşağı tapmaq tapşırığını verib.

Mallinin sözlərinə görə, təxminən 146.000 uşaq artıq tapılıb. O, iddia edir ki, uşaqların bir çoxu xaricə aparılıb, digərləri isə cinsi istismara və digər cinayətlərə məruz qalıb. Bundan əlavə, Bayden administrasiyası bu sxemlərdən xəbərdar olub və onların baş verməsinə mane olmayıb, ola bilər, hətta onlarda iştirak edib.

Mallin: “Altı uşaq atası kimi mən bu uşaqları tapmaq üçün cənnəti və cəhənnəmi alt-üst edəcəm. Biz bu uşaqlara qarşı təcavüz edənləri tapacaq, onları məsuliyyətə cəlb edəcəyik və onlara qarşı ittihamlar irəli sürəcəyik. Bütün günahkarların cinayətlərinə görə cəza çəkməsi üçün əlimizdən gələni edəcəyik.”

Təsəvvür edirsiniz: 4 il ərzində 450 min, hər il, orta hesabla, 110 min uşaq itkin düşüb! Bu hələ rəsmi statistikadır.

Yaxşı, ~146 min uşağı tapıblar, bəs neçə cinayətkarı tutublar? Məlumat yoxdur. Axtarılanların 1/3-ni tapıblar, lakin hələ də cinayətkar tapmayıblar? Onda qalan 2/3-nin özünü və ya izini tapandan sonra da cinayətkarlara “rast gəlməyəcəklər”. “Epşteyn işində” də minlərlə cinayət aşkar olundu, lakin göz qabağında olan cinayətkarlar “tapılmadı”.

Bəs Baydenin prezidentlik dövründən əvvəl uşaqalar itkin düşmürdü? Məgər o vaxt həmin cinayətkar şəbəkə yox idi?

Aydındır ki, Baydendən əvvəlki dövrə baxmaq olmaz – o vaxt prezident Tramp idi axı.

Məgər indi uşaqlar oğurlanmırlar? Epşteyn “ölüb”, onun kuratorları və yaratdığı cinayət şəbəkəsi ki toxunulmaz qalıb.

Mənbə:
https://www.cbsnews.com/news/unaccompanied-minors-smuggling-conspiracy-charges/
https://www.foxnews.com/politics/watch-trump-dhs-escalates-pressure-over-migrant-child-warnings-says-biden-ignored-move-heaven-hell

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

İlan 54 yaşlı qadını uddu – VİDEO

redaktor

Mişel Obamanın yuxuları ərşə çəkilib – QORXUR

redaktor

Netanyahu: “Girovlar azad edilmədən Qəzzada atəşkəs olmayacaq”

redaktor