25.7 C
Bakı
13 İyun 2026 22:23
DünyaKriminal

Qatil, Braun ölüm hökmündən yayınacaqmı?

Söhbət ABŞ-da, ötən ilin avqustunda Ukrayna müharibəsinə görə ABŞ-a üz tutmuş 23 yaşlı tələbə məsum qızın, İrina Zarutskayanın yerli qatarda gözlənilməz qətlindən gedir. Qatarda əyləşib də sakitcə telefonuna baxan qıza arxa oturacaqdakı qaradərili narkoman, qəflətən öz əlindəki bıçağı arxadan qızın ürəyindən vurub qaçıb, qız can verərək köməyə çağırıb və ölüb.

Hadisə geniş ictimai əks-səda verdi, Tramp işə qarışıb ölüm cəzası istədi. Yəqin, yadınızdadır. Hətta belə cinayətlərə qarşı qızın adı qoyulub, sərt tətbiqli xüsusi Zarutskaya qanunu çıxarıldı.

Qatilin mühakiməsi nə yerdədir?

Şimali Karolina məhkəməsi 34 yaşlı DeKarlos Braun qatili ittiham edilib məhkəmə qarşısına çıxmaq üçün “anlaqslz” hesab edib. Fox News xəbər verir ki, təqsirləndirilən şəxs indi məcburi psixatrik müalicəyə göndəriləcək.

9 iyunda qısa 15 dəqiqəlik dinləmə vaxtı Braun dəfələrlə “ittiham irəli sürəcəyəm!” qışqırandan sonra federal nəzarət altında ixtisaslaşmış bir müəssisəyə yerləşdirilib. Braunun anlağa çata bildiyi müəyyən edilənədək qanunla məhkəmə qarşısına çıxa bilməz.

ABŞ baş prokuroru qatilin mühakiməsini tələb edir. Yerli prokuror Ferqyusonun sözlərinə görə isə, Braunun sağlam olduğuna və rola girdiyinə işarə edib deyir ki, məhkəmə və ölüm cəzası ilə üzləşəcək sonda bu qatil.

Ümumiyyətlə, bütün dünya istintaq, məhkəmə praktikasında cinayət törədənin anlaqlı olması, ya yox, kimi psixi durumu məsələsi ziddiyyətli, çətin məsələ olaraq qalır. Ən ixtisaslı, məşhur ekspertlər belə, bu məsələdə çətinliklə üzləşir.

Bu cür müttəhimləri anlaqlı deyə həbsə yaxud, ölümə məhkum etdikdə, müdafiə tərəfi, insan haqqları təşkilatları etiralı hay-küy salır. Psixi xəstə kimi müalicəyə göndərib, sonra da açıb buraxanda da yeni və daha çox qətl törədirlər.

Misallar çoxdur. Yaxınlarda Bakıda Əhməd işi, Moskvada çalışan vaxtı özüm rast gəlmişəm, birisi çıxandan heç, 3 gün keçməmiş ad günü məclisinə girib 7 nəfər öz qohumunu öldürdü. Məsələ çox ciddi, diqqətli yanaşma tələb edir.

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Bakının Kiyevə silah tədarükünə qoyulan embarqonu ləğv edə biləcəyi ilə bağlı məlumatlar Moskvanı hiddətləndirib

redaktor

Siti London Trumpı inandıra bilmədi

redaktor

Qərb yenidən “Kremldəki hakimiyyət dəyişikliyindən” yazdı – ADLAR VƏ EHTİMALLAR

admin