16 C
Bakı
29 Oktyabr 2026 19:12
Dünyaİdman

FİFA boş tribunalara görə tənqid olundu

Cənubi Koreya və Çexiya arasında Qvadalaxarada keçirilən DÇ-2026 matçında tribunaların tam dolmaması FİFA-nın bilet siyasəti ilə bağlı tənqidlərə səbəb olub.

“Reuters”in məlumatına görə, Cənubi Koreyanın 2:1 hesablı qələbəsi ilə başa çatan oyunu stadionda 44 985 tamaşaçı izləyib. Arenada boş yerlərin görünməsi azarkeş marağı və yüksək bilet qiymətləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Açılış matçında “Atsteka” stadionunda 80 mindən çox azarkeşin olması ilə müqayisədə Qvadalaxaradakı mənzərə tənqidlərə səbəb olub.

FİFA prezidenti Canni İnfantino isə bilet qiymətlərinin digər böyük idman yarışları ilə müqayisədə uyğun olduğunu bildirib və turnirə böyük maraq olduğunu vurğulayıb. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İsraildəki seçkilər: Netanyahunun ehtimal gedişləri. Ərəb seçicisini uğuru

redaktor

Dövlətin suverenliyinə təhlükə: kiçiklik sindromunun daşıyıcıları

redaktor

İsraildə seçki bitdi, siyasi mübarizə indi başlayır

redaktor