24.3 C
Bakı
10 İyun 2026 23:02
DünyaHadisəİdmanQalmaqal

Donald Trampdan viza problemlərinə münasibət

Somalili hakim Ömər Əbdülqadir Artanın ABŞ-a buraxılmaması və DÇ-2026-dan kənarlaşdırılması geniş müzakirələrə səbəb olub.

Tacxeber.com  xəbər verir ki, “goal.com” nəşrinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən brifinqdə məsələyə belə münasibət bildirib:

“Yalnız uyğun və lazımi şəxslərin ölkəmizə daxil olmasını təmin etmək üçün əməkdaşlığımızı davam etdiririk”.

Qeyd edək ki, Ömər Əbdülqadir Artan Mayamidə hava limanında ABŞ-a buraxılmayıb və təhlükəsizlik səbəbilə ölkəyə girişinə qadağa qoyulub. Nəticədə o, DÇ-2026 üçün hakim siyahısından çıxarılıb.

Xatırladaq ki, Artan 2025-ci ildə Afrikanın ən yaxşı hakimi seçilib və dünya çempionatında tarixə düşəcək ilk somalili hakim ola bilərdi. FİFA artıq onun turnirdə iştirak etməyəcəyini təsdiqləyib.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Şeytanla müqavilə

redaktor

Dünyanı mat qoyan 7 gün

admin

Ciddi itkilər var, Ukrayna darmadağın olub – Akar

redaktor