24.2 C
Bakı
08 İyun 2026 16:15
DünyaSiyasət

Seçki sonrası Paşinyan nə deyib?

Ermənistanda seçki sistemi və hakimiyyətin formalaşması barədə də bildirək, maraqlı olar.

Ermənistan parlament respublikasıdır. Yəni, dövlətin idarəçiliyini Parlamentdə formalaşan hökumət idarə edir. Hökumət başçısı isə, (baş nazir) parlament çoxluğu tərəfindən namizəd göstərilir. Daha sonra baş nazir öz kabinetini formalaşdırır. Və Parlament isə, bir palatalıdır.

Seçkilər hər beş ildən bir proporsional sistem üzrə keçirilir, yəni partiyaların arası. Partiyalar seçki bülletenində göstərilir və yerlər partiya siyahılarının üzvlərinə verilir. Parlamentə daxil olmaq üçün partiya ən azı 4% səs toplamalıdır.

Ermənistan qanunvericiliyi üzrə, siyasi qüvvə, partiya özü, parlamentə düşən başaq partiya, ya siyasi qüvvəsiz müstəqil şəkildə hökumət qurmaq üçün seçici səslərinin ən azı 52%-ni toplamalıdır. Amma ki, burada bir şərt də var.

Əgər bir siyasi partiya nisbi çoxluqla səs yığıb, yəni diğər partiyaları xeyli arxada qoysa belə, 52%-dən az səs toplasa, ona əlavə mandatlar verilir və bu da ona 52%-lı hesab olunma kimi müstəqil şəkildə hökumət qurma imkanı verir.

Beləliklə, Paşinyanın partiyası, seçkidə mütləq qalib olmaqla, həm baş naziri özü, bildiyi kimi öz içindən seçir. Həm hökuməti formalaşdırır, həm ölkə idarəçiliyinə aid icra qərarlarını verir.

Seçki sonrası. Paşinyan nə deyib.

Səslərin 100%-i tam sayıldıqdan sonra, hazırkı baş nazir Paşinyan sözlərinə görə, o, hökuməti təkbaşına quracaq. Həmçinin onun partiyasının 2021-ci illə müqayisədə çox səs aldığını deyib.

Paşinyan bildirib ki, Karapetyan, Köçəryan və Tsarukyan mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdır. O, onları açıqca “kriminal oliqarxik sistemin nümayəndələri” və məhv edilməli olan “üçbaşlı casus müharibəsi partiyası” adlandırıb.

Paşinyan həmçinin əlavə edib ki, Ermənistanın Avropa İttifaqına daxil olması istiqamətindəki kursunu davam etdirmək niyyətindədir. Bildirib ki, Azərbaycan və Türkiyə ilə sülh, əməkdaşlıqla regional inkişafı birlikdə təmin etmək qərarlıdır.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

İş adamları Rusiyada sıxışdırılır? – Rəhimovdan açıqlama

redaktor

Zelenski Merzin təklifinə sərt cavab verdi

redaktor

“Polşaya atılan raket bu ölkəyə məxsusdur” – Duda

redaktor