23.1 C
Bakı
08 İyun 2026 12:07
DünyaSiyasət

Qoy həmişə sülh olsun…

Ermənistan xalqı sülhə, prosesin davamına, daha sivil ölkə olmaq yolunda addımlamağa səs verdi. Paşinyanın partiyası 49,81% səs yığsa da, yəni, 50%-i keçə bilməsə də, Ermənistan seçki qanununun spesefik qaydalarına görə təkbaşına hökumət formalaşdıra biləcək, parlamentə keçməyən partiyaların səsi bölünəcək, Paşinyanın partiyası ən azı 52%-lə parlamentdə təmsil olunacaq.

Azərbaycan xalqının siyasətlə maraqlanan hissəsi də Paşinyana azarkeşlik edirdi – deməli, bizim cəmiyyət də sülh prosesinin davamını istəyir, bu da çox önəmlidir.

Bizim xalq həm də ona görə Nikol və komandasının qalib gəlməsini istəyirdi ki, revanşistlər qalib gəlsəydi, bizim hökumət bunu haqlı səbəb kimi göstərib hərbi, müdafiə xərclərini artıracaqdı, istənilən islahatların ehtimalı belə aradan qalxacaqdı – yaxşı ki, bu məsələlər də aradan qalxdı.

Ona görə də, addım-addım Azərbaycan hərbi xərclərini azaltmalı, həmin vəsaitləri sosial problemlərin həllinə yönəltməlidir. Bundan başqa, sülh prosesi davam edəcəksə, ölkə daxilində ciddi iqtisadi islahatlara da start verilməlidir – çünki, müharibəni möhtəşəm qələbə ilə bitirən bir xalq, sülhü uduza bilməz, buna ixtiyarımız yoxdur. Dərin islahatlar olmalıdır ki, hərbi üstünlüyümüz üzərinə qurulan sülh prosesində qonşularımızdan iqtisadi yarışda üstün olmağı bacaraq.
Qoy həmişə sülh olsun…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

“Konstantinopol bizim olmalıdır, fəth edilməlidir ruslar tərəfindən, türklərdən alınıb əbədi bizim olmalıdır” –Dostoyevski

admin

Rus ordusu Kurskda əks-hücuma keçdi

admin

Trampın Ərdoğana münasibəti baxımından Trampın bu gün dedikləri böyük önəm daşıyır.

admin