21.7 C
Bakı
04 İyun 2026 18:22
DünyaSiyasət

17 yaşlı britaniyalı Putinin qəzəbinə tuş gəldi

17 yaşlı İngiltərə vətəndaşı Aleksandr Brauder Rusiya prezidenti Vladimir Putinin qəzəbinə gəlib və onun fərmanına əsasən sanksiya altına düşüb – bundan sonra bu gənc Rusiyaya səyahət edə bilməyəcək. Amma Brauder bildirib ki, bu qərar onun üçün şərəfdir, çünki Rusiyanın maxinasiyalarını ifşa edib və Putinin zəif nöqtəsini üzə çıxarıb.

Brauder Rusiyanın kriptivalyuta kanalları ilə çirkli pulları hansı mexanizmlə “yuduğunu” ifşa edib, nəticədə Avropa dövlətləri bu kanalları qapatmağa başlayıblar. 17 yaşlı gəncin araşdırmaları Rusiya, İran və Şimali Koreyanın kriptovalyuta kanalları vasitəsilə 350 milyard dollar vəsaiti necə “yuduğunu” üzə çıxarıb. Rusiya bu yolla öz ordusunu maliyyələşdirirmiş.

Bu kanalların sanksiya altına düşməsi Putini qəzəbləndirib. Amma Brauderin təbii ki, Rusiyaya səyahət etmək kimi bir planı yoxdur. Bu üzdən də Putinin sanksiyası onun üçün sabun köpüyündən başqa bir şey deyil.(Bizim Yol)

 

Tacxeber.com

Oxşar xəbərlər

Miqrantlardan qurtulmağın yolu: Britaniya bunun üçün milyardlar xərcləyir

redaktor

Bu günlər ABŞ-ın xarici və daxili fəaliyyətində gülməli bir sinxronluq müşahidə olunur.

admin

Kadırovun 16 yaşlı oğlu yüksək vəzifəyə təyin edildi

redaktor