Daha bir, görk olası mənfi nümunə məsələsi də budur. Xüsusən, qızlara, qadınlara, valideynlərə.
Dubay Əmirinin qardaşının oğlu Şeyx Səid bin Məktumun keçmiş azərbaycanlı həyat yoldaşı olan Zeynəb Cavadlı və üç qızının Dubay polisi tərəfdən qaçırılaraq naməlum yerdə gizlədildiyi bildirilir. Bunu Zeynəbin britaniyalı vəkili bildirib.
Vəkil Devid Heyq bildirib ki, müvəkkili, uşaqları ilə əlaqə tamamilə kəsilib. Və məsələ ilə bağlı BMT-yə təcili müraciət olunub. Vəkili sonuncu dəfə Zeynəb Cavadlı ilə bir gün əvvəl danışdığı, daha sonra isə bütün rabitənin kəsildiyini qeyd edib. Onun fikrincə təhlükəsizlik qüvvələri gecə saatlarında zor tətbiq edərək, Cavadlının evinə daxil olaraq onu və üç qızını gizlincə aparıblar.
Cavadlının anası da qızına dəstək olmaq üçün Dubaya gedib. Qızını və nəvələrini tapa bilmir, və onun da bu ölkədən çıxışına icazə vermirlər.
Qısası budur ki, Zeynəb Cavadlı istedadlı milli Azərbaycan gimnastı olub, özü də, müasir bir Bakılı ailədən. Görünür, özü də gözəl, görkəmli olub, gimnastlar kimi. Şeyx Saidin də, xoşuna gəlib hansısa yarışda, qıza kimliyini bildirib və Dübayda cənnət həyat söz verib. Qızın özünü, ailəsi razı salıb axırda, Dünyaya aparıb evlənib.
Şeyxin bilinmir daha neçə arvadı olub, islamın qanunu üzrə. Uşaqları olub, araları pozulub və gərginlik, təhdidli qorxu altına düşüb, Dübayın faktiki sahibi olan ərəb tayfası təzyiqində. Qız da uşaqlarını sevəndir, götürərək Azərbaycana qayıtmaq istəyib. Mərəkə də bundan başlayıb.
Dubay məhkəməsi iki ay əvvəl verdiyi qərarla Cavadlının üç qızını ataları Şeyx Səidə təhvil verməsini tələb edib..Əks təqdirdəsə məcburi qaydada icra olunacağı bəyan edilib. Zeynəb Cavadlının bir qədər əvvəl sürdüyü maşından uşaqlarının yanındakı canlı yayımda vahiməli çıxışını görmüşdüm, uşaqlarının alınacağı ilə.
Vəkil Heyq bildirib ki, məsələ ilə bağlı BMT-də hüquqi prosedurlar başladılıb həm beynəlxalq təşkilatlar vəziyyətə müdaxilə etməyə çağırılıb. Dubay polisi, Şeyx Səidin hüquqi nümayəndəsi tərəfdən məsələyə rəsmi açıqlama verilməyib.
Nə demək olar bu məsələ barədə? Azərbaycan tərəf, BƏƏ-də səfirlik öz vətəndaşını bu məsələ ilə bağlı diqqətsiz qoymamalıdır və yəqin, bəzi addımlar atar, diplomatik və hüquqi müstəvidə.
Ancaq, əsas məsələ gənc qızın və valideyninin başqa bir ölkəyə, başqa bir xalq nümayəndəsi ilə həyat qurulma məsələsinə səhlənkar qədər, dayaz yanaşmasıdır. Düşünülməyib ki, bu qızın həyat qurduğu şəxs və getdiyi ölkə, tam başqa ənənə qaydalara malikdir. O ölkənin qanunları, qaydaları fərqli ola bilər. Bu qız o cür tərbiyədə böyümüş ərlə düz gələ bilərmi? Və həm o ölkə qayda, ənənələrinə inteqrasiya oluna bilərmi?!
Yoxsa, adı, var-dövləti, cənnət həyatına uyaraq haydı getdim, ya allahın ümidinə deyib, getmə nəticəsi də, belə olur. Sənin ölkəndəki qanunla uşaqlar anada qalır ayrılanda, o ölkə qanunları ilə atada. Sən də o ölkədəsənsə, çətin verələr o uşaqları sənə. Sən də, uşağına canla və qəlblə bağlısansa (bəzi analar kimi yox), bu artıq çox böyük mənəvi övlad itkisi ilə sənin faciəndir. Və belə çıxır ki, istedadlı gimnast olaraq, öz ölkən, və ya Avropada normal yaşana biləcək həyatını aparıb, heç etdin. Yaşlı ananı da, saldın zülmə. Xarici ölkəyə evlliliyə varmaq, diqqət tələb edir.
P. S.
Bir-neçə il əvvəl, Britaniyalı bir ingilis qız da, bu cür Dübay şeyxinin özü ilə ailə qurmuşdu və bu cür də problemi yaranmışdı. Bu gənc qadını iki uşağı ilə birlikdə, ingilis kəşfiyyatının köməyilə nə fənd, çətinliklə İngiltərəyə qaçırdılar. Bu gün də, bu qadın və uşaqları mühafizə altındadırlar ki, qadına qisas, ya uşaqları qaçırtma ola bilər.

