DünyaMuharibəSiyasət

Yenə də İran ətrafında eskalasiya qızışır

Yenə də İran ətrafında eskalasiya qızışır. Zatən qızışmalı, vulkan gec-tez püskürməli idi.

ABŞ vitse-prezidenti J. D. Venc Ohayo ştatında səfərdən geriyə təcili Vaşinqtona çağırılıb. ABŞ yüksək vəzifəli rəsmilərinin Yaxın Şərqlə əlaqəli mühüm və təcili gizli görüşündəki iştirakı üçün.

Bildirilir ki, bəzi, yüksək çinli milli təhlükəsizlik xadimi, hərbi məsləhətçi və administrasiyanın rəsmiləri Ağ Evə İran, regional sabitlik və ABŞ üçün mühum növbəti addımlara yönlü həssas, təcili vacib məsləhətləşmələr üçün çağırılıblar.

Bu qəfil addım ABŞ prezidenti Donald Trampın hərbi fövqəladə planlaşdırmalar ilə bağlı artan gərginlik fonunda Yaxın Şərqin ərəb və Türkiyə lideri Ərdoğanla tele-video danışıq, məsləhətlər sonrakı vaxta təsadüf edir. Diqqət çəkən haldır.

Müşahidəçilər gün ərzində, ABŞ-da hökumətin qeyri-adi uçuş fəaliyyətini və həm Vaşinqtonla təhlükəsizlik koordinasiyasının artdığını qeyd etdilər. Bu da, Ağ Evin ən kritik geosiyasi qərar nöqtəsinə yaxınlaşması ehtimalını gücləndirir.

Məxfi müzakirələrin təfərrüatları ictimaiyyətə açıqlanmasa da, analitiklər görüşün təcililiyini Ağ Evdə potensial regional eskalasiya ilə bağlı artan məsuliyyət tərzini əks etdirdiyini edirlər.

Vaşinqtona həm Yaxın Şərq böhranına diqqət yönələn an diplomatik və müdafiə dairələrində “fövqəladə vəziyyət” barədə xəbərdarlıq yayılır. Və bunlar, İrana qarşı quru əməliyyatı göstərir. Hətta, Trampın öz oğlunun toyuna belə, gedə bilməməsi, fövqəladə ciddi məşğulluğu qədər.

Nə fikir söyləmək olar? Trampın bu neçə ayda İranla bağlı, belə “qızışmaları” çox olub və hər dəfə, geridurma ilə nəticələnib. Doğrusu, mən özüm də artıq, çox da yəqin deyiləm, Trampın addım atacağına. Amma, hadisə bir dəfə baş verir və o “bir dəfə” isə elə bu dəfə də ola bilər.

Niyə bu dəfə? Son hadisələr cərəyanı göstərir.

Trampın Çinə böyük səfəri, Çinın ABŞ-la üstü örtülü də olsa, Rusiya və İranı öz mənafeyi və strateji mənfəətinə görə ayağa verməsi, ABŞ üçün İrana hücum motivini xeyli gücləndirib.

İkinci, Putinin ABŞ-Çin məxfi yaxınlığını bilib, onların Pekin görüşündən az əvvəl, xəbərdırlıq və qəzəb ifadəli, Kiyevi görünməmiş “vurması” ilə ABŞ-Çin arası “İran-Tayvan” alverini göstərir.

Üçüncü, Pekin görüşü sonrası Pakistanın ABŞ və İran arasında barışdırıcı mövqedən çıxaraq, ABŞ müttəfiqləri-Körfəz Ərəb dövlətlərinə hərbi canlı və texnika təyyarə göndərişli qəfil dəstəyi.

Dördüncü, Teampdan sonra, Putinin dərhal da Pekinə, prezident Sİ Chien-dən izahat səfəri və məyus nəticə ilə Moskvaya geri dönüş sonrası, yenidən Kiyevi görünməmiş sərt bombalaması ilə İrana hücumla Kiyevə də hücum xəbərdarlığı.

Beşinci, Putinin narahatlıqla neçə gündür nüvə silahı ilə dünyanı hədələmə istetikası, müttəfiq Çinin Rusiya, İran və Ş. Koreyadan qopmasını, və Rusiya, İranın təklənib zəifləməsi, bunların da hamısının İrana hücum hazırlığını göstərir.

Beşinci, Trampın 2 gün əvvəl Körfəz Ərəblərin və Türkiyənin lideri ilə xüsusi məsləhətləşməsi. ABŞ-ın son günlər, Yaxın Şərqə daha çox hərbi qüvvə toplaması. Rusiya və eynilə İranda daxili nəzarətin sərtliyi, hərbi müdafiənin güclənməsi.

P. S.
Onu qeyd edim ki, az müddət öncə Pakistanda Misir, Səudiyyə, Türkiyə və Pakistan arası qəfil görüş keçirildi. Və tərəflər nə qədər, məqsədin bölgədə sülh üçün olduğunu desələr də, qeyd etdim ki, bu yəqin, ABŞ təklifi ilə İrana hücum məsələsi ilə bağlıdır. Həmin bu dövlətlərin də maraqlarının təmini ilə. Və yazıb göstərdim ki, hər 3 tərəfə bağlı, İranın ərazisində güclü etnik milli toplumun olması təsadüfi deyil: Bəluclar, Ərəblər, çox saylı Azərbaycan və digər türkləri.

P. S.
Putin, artıq bilir, İrana hücum, heç də Uran-nüvə, Hörmüz deyil, Rusiya “məsələsidir”… Onun son əlaltı müttəfiqini vurub, sıradan çıxartmaq. Ona görə də, İrana inadla dayanıb ABŞ-la razılaşma, şərtlər qəbulu variantına getməməyi təkid edir. Putin Pekin sonrası, Trampla əlaqələri də kəsib. Və hətta, Rusiya İran məsələsində nüvə təhdidi variantına da gedə bilər… ABŞ-ı, Ağ Evi bu saat ən ciddi düşündürür və bu təhdid olacaq halda buna qarşı hazır olma, nə etmə planları qurulur.

Ancaq, güman edilmir ki, Putin son, fövqəladə addımlara əl atsın, xüsusən Ukrayna, Avropaya qarşı. Yaxşı bilir ki, ABŞ və NATO onun belə bir addımına qarşı çoxdan adekvat hazırdırlar. Və Putin, Trampla Rusiyanıın iqtisadi və texnoloji
quruculuğu (Çin inkişafı yolu) razılığına gedər.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Şimali Koreya Yapon dənizinə ballistik raket atıb

redaktor

Putin niyə susur? – “Tehran bunu yaxşı bilir”

redaktor

Bayer 1,56 milyard dollar təzminat ödəyəcək.

admin