Dünya

Türkiyə niyə Samsung kimi marka yarada bilməz?

Cənubi Koreyanın çip istehsalçısı Samsung Electronics şirkəti əldə etdiyi mənfəəti işçiləri ilə bölüşmək qərarına gəlib.

Şirkət rəhbərliyi ilə həmkarlar ittifaqı arasında əldə olunan razılaşmaya görə, Samsung Electronics-in çip bölmələrindəki işçilər orta hesabla 340 min dollar alacaqlar. Bəziləri üçün bonus hətta yarım milyon dollara çatacağı gözlənilir. Həmkarlar ittifaqı nümayəndəsi Reuters-ə bildirib ki, illik əmək haqqı 53 min dollar olan bir işçi üçün bonus bu il 416 min dollara çatacağı gözlənilir.

Ümumilikdə 78 000 nəfər bonus alacaq. Samsung şirkətinin 2026-cı ilin birinci rübündə əməliyyat mənfəəti rekord həddə – 57,2 trilyon von (38 milyard dollar) çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə səkkiz dəfədən çoxdur. Şirkət bunun 40 trilyonunu (26,6 milyard dollar) bonus ayırmağa razılıq verib. Analitiklər 2026-cı ilin sonuna qədər şirkətin mənfəətinin yeddi dəfə artaraq 333 trilyon von (221 milyard dollar) olacağını proqnozlaşdırırlar.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 2007-ci ildən bəri ən azı 35 dəfə qaz-neft tapdıqlarını bəyan edib. Türkiyə cəmiyyəti də hər dəfə buna inanıb. Bu Ərdoğanın insanları eyni yalana inandırmaq kimi xüsusi bacarığının olması ilə bağlı deyil. Bu özü-özünü aldatmaq istəyən toplumun aldanışıdır. Türklər Samsung kimi marka yaratmağı deyil, neft-qaz yataqlarının tapılması və bunun nəticəsində ərəblər kimi zəngin olmalarını arzu edirlər.

İstanbul İqtisadi Araşdırmaları tərəfindən 4-5 may 2026-cı il tarixlərində bütün Türkiyəni əhatə edən və 2000 nəfərin iştirakı ilə apardığı araşdırmanın nəticəsi Türkiyənin sosial mənzərəsinin nədən ibarət olduğu haqqında yuxarıdakı qənaətimi təsdiq edir. Araşdırma zamanı məlum olub ki, “Dövlət iqtisadiyyatda özəl sektordan daha həlledici rol oynamalıdır” fikirini rəyi soruşulanların 68.4 faizi dəstəkləyib. Bu onu göstərir ki, Türkiyə cəmiyyətində bazar iqtisadiyyatının rifah yarada biləcəyinə inam xeyli zəifdir. Eyni zamanda məlum olub ki, “Dövlət cəmiyyətin mənəvi dəyərlərini qorumaq üçün daha sərt davranmalıdır” fikirini rəyi soruşulanların 56.7 faizi dəstəkləyir. Məktəblərdə dini təhsilə ayrılan vaxtın artırılmasını istəyənlərin faizi 55.9 faiz olub.

Ərdoğanın sədr olduğu AK Partiyanın seçicilərinin 78.7 faizi, MHP seçicilərinin 73.4 faizi məktəblərdə dini təhsilə ayrılan vaxtın artırılmasını dəstəkləyib. Ərdoğan da məhz bu seçicilərə yönəlik siyasət aparır. Mollalara da (imam) müəllimdən çox maaşı buna görə verir. Məktəblərə molla (imam) təyin edilməsi də məqsədlərdən biri də dindar kəsmin rəğbətini qazanmaqdır. Ərdoğanın hakimiyyətə gələndən bəri Türkiyədə yaxşı təminatlı böyük bir dini məmur təbəqəsi formalaşıb.

Mollaya müəllimdən çox əmək haqqı verən bir toplum Samsung kimi marka yarada bilməz. Bu mənada CHP-yə “mutlak butlan” əməliyyatı olmasaydı da Türkiyə Cənubi Koreyaya çevrilə, Samsung kimi marka yarada bilməz.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Tbilisidə hökumət əleyhinə mitinq keçirilir

admin

İranın raket zərbələrini çəkənlər həbs ediləcək

redaktor

İmran Xan həbs edilib

redaktor