DünyaSiyasət

Hara gedir, Rusiya?

V. Putinə, görünür ki, Şərq qütbü müttəfiqi olan Çinin rəqib Qərb qütbü lideri ABŞ prezidenti və böyük nümayəndə heyətini təntənəli qarşılayıb, geniş danışıqlar aparıb, onunla böyük və geniş strateji sazişlər bağlaması bərk, hirsli “yer etdi”.

Trampın Si Cinpinlə Pekində görüşə başladığı gün səhər tezdən (yəqin, gecəni yatmayıbmış) hirsini Kiyevin üstünə tökdü. 4 ilə müharibədə görünməmiş, kütləvi raket-dron atəşinə tutdu, Ukrayna paytaxtını, çoxlu insan itkili, dağıntılı.

Pekində 2 günlük ABŞ-Çin görüşü də bitən və Tramp başının dəstəsi ilə Çini tərk edən kimi, Putin Si Cinpinlə zəng vurub, növbədənkənar, səfərini elan etdi Pekinə, tələsik və hazırlıqsız.

Putin Pekin nə səfərinə qədər 2 həftə ərzində Qərbə və üstüörtülü ABŞ-a qarşı gah “Oreşnik”, “Smart” uzaqmənzilli raketləri, gah da ki, nüvə raketli əzələ nümayişi çıxışlarını etdi: vursalar- vuracağıq. Qərb iqtisadi batır, çökür, və s. və i.

Nə idi Putindəki bu arada, bu xaoslu ritorika? Yeganə maddi və mənəvi dayağı Çinin ABŞ-a, Qərbə yaxınlaşıb, onu tək qoyma narahatlığı! Paranoya problemiilər isə, bu halı ağır keçirir.

Və cənab Putin nəhayət ki, gəlib çıxıb Pekinə. Özü ilə bu, xaos tələsikdə nə geniş danışıqlar predmeti, nə geniş nümayəndə heyəti gətirib!

Danışıqlar predmeti: 2001-ci ildən bağlanmış ikitərəfli qonşuluq, əməkdaşlıq müqaviləsinin uzadılması və Si Cinpini 2027-ci ilə Moskvaya dəvət. Və həmişəki kimi, təbii sərvətlər alveri.

Danışığa iştiraka gətirdiyi 4 nəfər isə: maliyyə naziri, Mərkəzi Bankın sədri və həm “Rosneft’ və “Qazprom” şirkətləri rəhbərləri. Danışıqlara təqdim etdiyisə, ənənəvi neft, qaz. Nəyi var ki?

Beləliklə də, spontan Rusiya-Çin və Putin-Si Cinpin cənabları görüşünün nəticələri: Tarixi və milli Quzey-Doğu türk Sibir sərvətlərinin:

1. Tayqa meşələrinin mehriban qonşuluq prinsipi ilə kəsilib-doğranıb Çinə verilməsi.
2. Sibirin neft-qazının Çinə 3 qat ucuz verlişi.
3. Elektrik enerjisinin Rusiya satılandan Çinə iki qat ucuz verilişi.

Görünür ki, Putinin Si Cinpinlə bu tələsik görüş səfərinin məğzi də elə bu olmuş: “nə istəyirsən götür, məni tək buraxma!”… Hara gedir, Rusiya?

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya gəmisində baş vermiş yanğının arxasında Ukrayna dayanır – İDDİA

redaktor

SOCAR-ın keçmiş rəhbərliyi gündəmdə… – Mikayıl İsmayılovla bağlı yeni iddialar

redaktor

Zelenskinin Trampla görüşü “bütün dövrlərin ən vaciblərindən biri” kimi dəyərləndirib.

admin