CəmiyyətDünya

Bakıda orta hesabla bir adama 5 m² yaşıllıq düşür

ÜST və Avropa urbanistika standartlarına görə böyük şəhərlərdə hər 1000 nəfərə minimum 0.9 hektar yaşıllıq sahəsi olmalıdır.

Bu normadan aşağı olan şəhərlər ekoloji və sosial problemlərlə boğulmağa başlayır.

Belə şəhərlərdə yay ayları dözülməz isti olur, hava tozlu olur, zərərli qazların miqdarı artır, xəstəlik çoxalır.

Belə şəhərlər daha səs-küylü olur. Çünki ağac yarpaqları və sıx kolluqlar şəhərdəki səs dalğalarını udan təbii akustik baryerlərdir.

Parkları az olan şəhər sakinlərində depressiya, kəskin stress və aqressiya faizi daha yüksək olur. Bir də belə şəhərlər normal yağışda belə suyun altında qalır.

Elə bil Bakını canlandırıram deyilmi? Əsəbi insanlar, səs-küy, xəstəlik, toz-duman, yağış suları.

Misal üçün Avropada adambaşına düşən yaşıllıq sahəsi Vyanada təxminən 50 m², Londonda 27 m², Düsseldorfda isə 25 m² ətrafındadır. Parka girirsən dələlər, ördəklər, qazlar, leyləklər, ceyranlar adamın ətrafında fırlanır.

Bakıda orta hesabla bir adama 5 m² yaşıllıq düşür.

İş bununla da bitmir. Bakı məmurları şəhər əhalisini 2.3 milyonla götürüb hesablayıb bu göstəriciləri çıxarırlar. Şəhərin real əhalisi ilə Bakı yaşıllığı normadan 10-15 dəfə aşağıdır.

Bu da az deyilmiş kimi, parkların bir hissəsi kafelər və daş döşəmələrlə örtülür. Dənizkənarı Bulvar kağız üzərində böyük görünür, amma onun 30%i yaşıllıqdır.

Xalqlar dostluğunda Heydər Əliyev parkı var, 10-15 qotur ağacı, qalanı betondur.

Odur ki, Bakı xəstədir. Çarəsi yoxdur. Bunlar Bakıdan da keçib rayonları da betonlayıblar ki, hər il daş örtüklər dağılsın büdcədən pul silə bilsinlər.

 

Orxan Atabəy

Tacxeber.com

Oxşar xəbərlər

Antisülh simfoniyasının son akkordları: Onu kimlər ifa edir?

redaktor

Özbəklər Almaniya yolunda

admin

İcra başçısı Əvəz Zeynallının məhkəməsində dindirildi.

admin