İdman

Abubakar “Neftçi”dən ayrılıb bu kluba keçir?

“Neftçi”nin hücumçusu Vensan Abubakar karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

Bu barədə “Africafoot” saytı məlumat yayıb. Bildirilir ki, əvvəllər “Beşiktaş” və “Hatayspor”da çıxış etmiş kamerunlu futbolçu ilə Türkiyə 1-ci Liqasına vəsiqə qazanan “Bursaspor” maraqlanır.

İddiaya görə, Bursa təmsilçisi 33 yaşlı hücumçunun durumunu yaxından izləyir. “Neftçi” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Abubakarın Türkiyə klubuna azad agent kimi keçə biləcəyi qeyd olunub.

Məlumatda həmçinin bildirilir ki, Bakı klubunun futbolçunun müqaviləsindəki 1 illik uzatma bəndindən istifadə etməsi və ona yeni təklif göndərməsi gözlənilmir.

Qeyd edək ki, Vensan Abubakar bu mövsüm “Neftçi”nin heyətində 18 oyunda meydana çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə edib. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Yevlaxın “Karvan” klubu Azər Bağırovu baş məşqçi postuna gətirir?

admin

İbrahimoviç üçün kədərli gün: karyerasını bitirdi – VİDEO

redaktor

Qətər DÇ-2022-də yəhudilərə qadağa tətbiq etdi

redaktor