Rusiya Federasiyasının Dövlət Duması xarici ölkələrin hüquq-mühafizə orqanları tərəfindən saxlanılan və ya həbs edilən rusları qorumaq üçün ordudan istifadə haqda qanun qəbul edib.
Yeni qanunla, Rusiyanın razılığı, yaxud, Rusiya tanıdığı beynəlxalq məhkəmə iştirakı olmadan. xarici ölkədə cinayət ya digər təqiblərlə üzləşən Rusiya vətəndaşlarını qorumaq üçün prezident fərmanı ilə “zəruri tədbirlər” görə biləcək. Yəni, sənəddə silahlı qüvvələrin rusları qoruma üçün istifadə edilmısi nəzərdə tutulur. Absurdluqdur:
-demək ki, Rusiya vətəndaşı qonşu ya uzaq bir ölkədə cinayət törədir, tutaq ki, adam öldürür. Bu şəxsi saxlamaq, üzərində istintaq aparmaq, həbs etmək üçün həmin an ölkə Rusiya tərəfə xəbər etməlidir. Nə müddətə Rusiya tərəf gəlib prosesdə iştirak edər, o müddətdə də operativ- istintaq işləri dayanmalı, işin açılması üçün hər saatın vacib olduğu proses ləngiyib və o rusları gözlənməlii. Və Rusiya tərəfi də haçansa gəlib, baxıb deyə ki, yox, razı deyil, iş prosessual tam düzgün aparılmayıb, açıq cinayət törədən rusu verin aparaq! Əks halda, Rusiya hərbi əməliyyat keçirib ölkəyə müdaxilə ilə bu rusu alıb apacaq.
Abdurduğun dərəcəsinə bax, elə bil ki, bir xarici müstəqil dövlət, tutaq ki, Qazaxstan Rusiyanın Kaluqa, Smolensk vilayətidir, Moskvadan əmrlə gəlib, rus cinayətkarı aparırlar,.Qazaxstan əgər verməsə, Rusiya bu qonşuya basqı edir, aparır. Bu, ölkəyə hərbi müdaxilə, müharibə deməkdir. Bəs, Rusiyada Qazaxstan, Azərbaycanın və s. vətəndaşları tutulsa, o öləkələr də belə etsin?!
Qanunda hərbi əməliyyatın konkret hansı hal, hansı qoşunlarla, hansı mexanizmlə aparılma detallarına varılmır. Görünür ki, Kremlin bu cür görünməmiş addımı, daha çox ölkələrə təhdid xarakteri daşıyır. Və həm də, bu qanunu əlində hazır saxlayır, lazım olsa hansısa ölkəyə hərbi müdaxilə üçün bu qanundan yararlanmaq ilə.
Yəqin ki, dünya ölkələri və əsasən, beynəlxalq hüquq və siyasi təşkilatlar, qonşu MDB ölkələri də etiraz edərlər belə cılız hegemonçu qanuna. Belə, beynəlxalq hüquq norması olar, özbaşına?
