26 C
Bakı
28 Sentyabr 2026 14:54
DünyaSiyasət

Kürdlər bizi məyus etdi: Trampın ikinci etirafı

Donald Tramp:

“İnsanlar küçələrə çıxmaq istəyirdilər, amma silahları yox idi. Biz düşünürdük ki, kürdlər [verdiyimiz] silahları onlara ötürəcəklər, amma kürdlər bizi məyus etdilər. Kürdlər [silahları] aldılar, aldılar, aldılar, amma… Kürdlərin Konqresdə yaxşı reputasiyası var, onlar deyirlər: “Oo, kürdlər əla döyüşürlər!” Amma onlar yalnız haqları ödəniləndə döyüşürlər. Buna görə də mən kürdlərə görə məyusam.”

Donald Tramp birinci dəfə mart ayında kürdlərin onlara ABŞ tərəfindən verilən silahları İran etirazçılarına vermədiklərindən narazılığını bildirmişdi. Bu artıq eyni hadisəyə görə ikinci narazılığıdır. Kürdlərin Epşteynçilərə görə öz din və dil qardaşları ilə müharibəyə girməməsi ona yaman təsir edib.

Məyusluqla deyir ki, onlar yalnız pul müqabilində döyüşürlər. Bu elə bilir ki, bütün müsəlmanlar qoyundurlar – ABŞ-ın onlara “möhtəşəmsiz” deməsi kifayətdir ki, Epşteyn ideyaları uğrunda bir-birini qırsınlar. Təəssüf ki, tarix boyu çox vaxt belə də olub.

Arxasında da, həmişəki kimi, bir dəstə adamı, o cümlədən qadınları ayaq üstə saxlayıb.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

İslam birliyi: Azərbaycandan tələb edilən, Azərbaycana göstərilməyən həmrəylik?

redaktor

Liman istiqamətində gözlənilməz zərbə: Ukrayna Rusiyanın planını pozdu

redaktor

Zelenski: Bir həftə ərzində 10 mindən çox rus əsgəri zərərsizləşdirilib

redaktor