21.6 C
Bakı
28 İyun 2026 10:33
DünyaSiyasət

Paşinyan Rusiya ilə “boşanma” və Ermənistanın Aİİ-dən çıxması barədə danışdı

Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) digər üzvləri kimi tamhüquqlu üzvü olaraq qalır. Sputnik-Armenia-nın xəbərinə görə, bunu respublikanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində deyib.

“Biz Aİİ-nin tamhüquqlu üzvləriyik. Və tərkibində qaldığımız müddətdə bütün proseslərdə iştirak edirik. Hazırda bu məsələni qaldırmağa ehtiyac yoxdur və biz onu gündəmə çıxarmağa hazırlaşmırıq. Referendum obyektiv zərurət yarananda keçiriləcək”, — deyə o bildirib.

Onun sözlərinə görə, bu mövzuda Rusiya prezidenti ilə işgüzar müzakirələri olub.
“Mən həmçinin “boşanma” ifadəsi ilə razı deyiləm. Artıq parlamentdə demişdim ki, biz bəzən dövlətlərarası münasibətləri nikahla qarışdırırıq və mən bununla razı deyiləm. Ermənistan dövlət münasibətlərində dövlətlərarası qarşılıqlı fəaliyyət prinsiplərini rəhbər tutur”, — deyə Paşinyan bəyan edib.

Paşinyan qeyd edib ki, Ermənistan həm Aİİ-nin bütün üzvlərinə, həm də ittifaqdakı öz iştirakına hörmətlə yanaşır və İrəvanın Rusiya ilə münasibətləri korlamaq məqsədi yoxdur. Sübut kimi o, Putinlə çoxsaylı işgüzar müzakirələrin aparıldığını və hətta “ən kəskin məsələlərin” belə sakit şəkildə həll olunduğunu deyib.

 

Tacxeber.com

Oxşar xəbərlər

“PKK-nı mən qurdum, mən də dağıdıram”

admin

“İran Patruşevin Tehrana səfəri barədə razılaşdırılmamış məlumat yayıb” – MTİ

admin

AŞ-nin komissarından Azərbaycan əsgərinin fotosunun yayılmasına SƏRT REAKSİYA

redaktor