DünyaMaraqlı

Hamı onun adından qorxur

Bu gün avstriyalı rəssam gəlmiş-keçmiş ən şərli, ən şeytani şəxs hesab edilir. O, o qədər şərli profilə sahibdir ki, sosial şəbəkələrdə onun adını belə çəkmək olmur, adını çəkəndə sansürlənmək ehtimalı çoxalır, dünyamızın Lord Voldemort’udur sanki, hamı onun adından qorxur.

Amma faktoloji olaraq elə yaxın tarixdə ölü sayında ondan daha çox ölümlərə səbəb olan, ideoloji olaraq onunla bərabər və ya ondan daha dəhşətli idologiyaya sahib olan çoxsaylı vəhşi şəxslər olub. Bəs niyə rəssam az qala şərin vücuda gəlmiş halı kimi təsvir edilir?

Mənim gördüyüm iki əsas səbəb var. Birinci səbəb odur ki, rəssam etdklərini əsasən Avropada, ağ adamlara qarşı edib. İndi dominant Qərb mədəniyyəti olduğu üçün onlara qarşı edilənlər də ən dəhşətli şeylər kimi təqdim edilir.

İkinci və daha önəmli səbəb isə yəhudilərin holokost sənayesidir. Məlum məsələdir ki, bu gün yəhudi kimliyi və İsrail dövlətinin əsaslandırılması üçün holokost məsələsi mərkəzi yerlərdən birinə sahibdir. Məhz bu səbəblə yəhudilərə gözün üstə qaşın var deyəndə antisemitizmlə ittiham olunuruq, amma başqa heç bir xalqın tənqidlərə qarşı belə bir əks ittiham lüksü yoxdur. Məhz rəssamın etdikləri yəhudilərə bu imkanı təmin edir. Yəhudi lobbisi bu ideyanı hər vəchlə qabardır, toxunulmazlıq hüququ qazanır. Bu barədə valideyinləri holokostdan sağ çıxmağı bacarmış yəhudi professor Norman Finkelsteinin yazdığı “Holokost Sənayesi” kitabında Amerika yəhudi isteblişmentinin nasist Holokostunun xatirəsini siyasi və maliyyə mənfəəti və İsrailin maraqlarını təmin etmək üçün necə istifadə edildiyi detallı şəkildə izah edilir.

Qərb mədəniyyətinin dominantlığı və yəhudi lobbisi saysız-hesabsız mediada onilliklər boyu təmsil olunma yolu ilə rəssam qlobal şəkildə dünyanın ən tanınan şeytani simasına və üstün şərin birbaşa, dominant simvoluna çevrilib. Misalçün, Hollivudda vaxaşırı holokost haqda çəkilən filmlər oskar mükafatı qazanır. Hətta rejissorlar məhz oskar almaq üçün holokost barədə xüsusi filmlər çəkirlər. Misalçün, Steven Spielberg çox əjdaha filmlər çəksə də, oskar almadığı üçün məcbur qalıb Schindler’in siyahısı filmini çəkdi və oskar qazandı. Adrien Brody’nin vaxtaşırı holokost qəhrəmanı yəhudi rolunu oynayıb oskar qazanmasını da unutmamaq lazımdı…

Populyar səviyyədə mədəni doyma rəssamın statusunu digər şəxslərin əldə edə bilmədiyi şəkildə gücləndirir və onun adı yaddaşlara daim ən şeytani simvol kimi həkk edilir…

 

Elnar Bulud

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Putini sıxışdırmaq istəyir. Çinə neft satışı çözümdürmü?

admin

Azərbaycanlıların toyunda ATIŞMA: Gözündən güllələndi…

admin

Əsəd ölkədən neçə milyard dollar qaçırıb? – Şok rəqəm

redaktor