26 C
Bakı
27 Sentyabr 2026 14:20
DünyaSiyasət

Bu adam bu boyda basqılar altında bunu necə bacarır

Müharibəni bizim Qəhraman əsgərlərə uduzub.
Jurnalistdir, Akademikdir, savadsızdır, Savadlıdır nədir özü bilər xalqı bilər.

AMMA. Sovet rejiminin diktaturası altında son 70 ili yaşayıb ən son 20+ ili Sovet rejiminə bənzər rus imperiyasının təsiri altında Sarkisyan və Koçaryan rejimi altında 2020 ci ilə qədər yaşayan bir xalqın içindən bir gənc lider çıxır ortalığa. Tədricən yox haa, bir başa parlament respublikası qurur, müharibəni uduzur, öz dilləri ilə desək üç tərəfdən “düşmənlə əhatə olunub” (Türkiyə, Azərbaycan Gürcüstan) və buna baxmayaraq AÇIQ SƏRHƏDLƏRLƏ, uzaqdan Rusiyanın maksimum təsiri, daxilində Rusiya bazası, ölkəsinin nefti yox, qazı yox, təbii sərvəti yox və bütün bunların fonunda öz zəhməti və əziyyəti ilə Tam demokratik seçki üçün xalqının içində çaba döyür. Millətin içində rəks edir, təhlükəsizlik xidməti bu adamın təhlükəsizliyini necə təmin edir? Bu adam bu boyda basqılar altında bunu necə bacarır? Vallah mənim matım mutum quruyur bu adamın hərəkətlərini görəndə.

 

Mahir Abdullayev

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanın müstəqil xarici siyasəti müzakirə mövzusu deyil, dövlət marağının tələbidir

redaktor

Türkiyə “Osmanlı” deyil, Azərbaycan da “Krım xanlığı” deyil!

redaktor

Fatih Altaylıdan kritik sual: Niyə hədəf həmişə Azərbaycandır?

redaktor