DünyaMuharibəTarix

Hitlerin heç vaxt yayımlanmayan filmi: Bakı və Xəzər dənizinin “Fəthi”

Azərbaycan İkinci Dünya müharibəsi illərində də iri dövlətlərin strateji planlarında mühüm yer tuturdu. Onlar Azərbaycana böyük maraq göstərirdilər.

Bakının və Qafqazın ələ keçirilməsi üçün hazırlanan əsas hərbi əməliyyatın adı “Edelveys” idi. Hitler Bakı neftinə o qədər önəm verirdi ki, generallarına müraciətlə deyirdi:

“Əgər biz Bakı neftini ələ keçirməsək, müharibəni uduzacağıq.”

Almanlar Bakını tutacaqlarına o qədər əmin idilər ki, hələ 1941-ci ildə şəhərin gələcək idarəçiliyi üçün struktur qurmuşdular. Qafqaz Reyhskomisarlığı yaradılmış və general fon Nikolas  Bakı şəhərinin gələcək hərbi komendantı vəzifəsinə artıq namizədliyi təsdiqlənmiş şəxs idi. O, şəhəri hansı binalardan idarə edəcəyini belə xəritə üzərində qeyd etmişdi.

Almaniya Bakı neftini ələ keçirməklə Şərqə – İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi hazırlanmışdı.

Yozef Göbbelsin rəhbərliyi altında alman təbliğat maşını hələ qələbə qazanılmamış “qələbə filmləri” hazırlayırdı. Bakının ələ keçirilməsini əks etdirən xüsusilə dekorasiyalar vasitəsilə kadrlar  hazırlanmışdı ki, şəhər süqut edən kimi dərhal nümayiş etdirilsin.

Bakı 25 sentyabr 1942-ci ildə Almanların nəzarətinə keçməli idi. Buna görə də dünyanın ən zəngin neft şəhəri olan Bakının Alman torpağı olmasını qarşısına hədəf qoyan Hitler tapşırıq vermiş idi ki, bu tarixə xüsusi hazırlıq görülsün.

Mühacir azərbaycanlıların fotoları əsasında İçərişəhərin dar küçələri, Qız qalası və neft buruqlarının maketləri elə dəqiqliklə hazırlanmışdı ki, filmdə həqiqi Bakıdan fərqləndirmək demək olar ki, mümkün deyildi.

1942 cilin yaz aylarından ssenarist Hans Vaydemani tərəfindən Bakının 1918-1919-cu illərdə şəkilləri əks olunan poçt markaları, şəkillər və rəsmlərdən istifadə edərək UFA studiyası tərəfindən film çəkilişləri başlanmış idi.

Filmin çəkilişləri zamanı Berlin yaxınlığındakı dekorasiyalarda neft quyularını işə salan “yerli sakinlər” və “neftçilər” rolunu alman aktyorları və bəzi mühacirlər canlandırırdı.
Almanlar Bakı limanını və Xəzər dənizini də filmə daxil etmək istəyirdilər. Bunun üçün Berlindəki göllərin birində Xəzər sahilinin maketi qurulmuşdu

Almanlar Qafqaza doğru irəliləyəndə özləri ilə Bakı üçün hazırlanmış minlərlə “Qələbə bayrağı” və üzərində alman dilində Bakı küçələrinin adları yazılmış yol nişanları gətirirdilər. Bütün bunlar həmin filmdə “real kadrlar” kimi istifadə olunmalı idi.

Almanların Bakının ələ keçirilməsi üçün böyük bayramda nümayiş etdirilməsi üçün Bakı qələbəsi adlı çəkilən film Hitlerin tapşırığına uyğun olaraq bütün kinostudiyalarda, ön cəbhələrdə və Almanların nəzarət etdiyi bütün yerlərdə nümayiş etdirilməli, 25 sentyabr Bakının ələ keçirilməsi günü isə ümumxalq bayram olmalı idi.

Bakının işğalından sonra dövriyyəyə buraxılacaq poçt markaları belə dizayn edilmişdi. Bu markaların üzərində alman qartalı və Bakının mənzərələri əks olunmuşdu.

Almanların bu ideyası həyata keçmədi, amma film çəkildi, sadəcə nümayiş etdirilməsi mümkün olmadı. Hazırda alman hərbi arxivində bu video lent saxlanılır..

Hitler Bakını o qədər arzulayırdı ki, onun şəxsi kitabxanasında Bakı neft sənayesinə dair 19-cu əsrdən qalma alman dilində kitablar və xəritələr tapılmışdı. O, şəhəri sadəcə bir hərbi hədəf deyil, həm də Reyxin iqtisadi ürəyi hesab edirdi.

Prof.Dr. Zaur Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

Şoltsun rezin çəkmələri qəzəbə səbəb oldu

redaktor

İspaniya artan ictimai narazılıqlar fonunda fəlakət bölgəsinə əlavə qoşun göndərir

admin

Rusiyada işləyən azərbaycanlılara PİS XƏBƏR – Ailələri ilə…

redaktor