DünyaGündəmSiyasət

“Ciddi təxribat”

Azərbaycan Rusiyanın dövlət kanalının yayımından sonra Rusiyadan izahat tələb edir. Bəyanatı Xarici İşlər Nazirliyi yayıb:

“6 may tarixində Rusiya Federasiyasının Birinci Kanalında yayımlanan “Zaman göstərəcək” verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi, o cümlədən mövcud olmayan qondarma Dağlıq Qarabağın qeyd edilməsi ciddi təxribat və qəbuledilməz siyasi manipulyasiya aktıdır.

Rusiyanın dövlət televiziyasında köhnəlmiş, yalan və separatçı rəvayətlərin yayılması Azərbaycan-Rusiya qonşuluq münasibətləri prinsiplərinə kəskin ziddir. Dövlət mediasının bu cür məsuliyyətsiz və qərəzli davranışı qəbuledilməzdir. Rusiya tərəfin bu məsələ ilə bağlı aydın izahat verməsini gözləyirik” deyilir.

Qeyd edim ki, mövcud olmayan, separtçı və qondarma “Dağlıq Qarabağ” mövzusunun tam qapanmasından 5 ildən çox müddət ötməsinə baxmayaraq, hələ də, yüksək Rusiya rəsmiləri, dövlət “propaqandası” “Dağlıq Qarabağ!” deyə durur, hər fürsətdə. Baxmayaraq, bütün dünya və hətta Ermənistan özü də məsələni rəsmən bitmiş sayır. Nə qənaət yaradır Rusiya əhvalı?

O qənaəti ki, SSRİ dağılıb, Azərbaycan özünün müstəqilliyini əldə edəndən, “Dağlıq Qarabağ” separatçılıq təxribatlarında Rusiyanın marağı, dəstəyi (bəzi hallar bilavasitə iştirakı) dayanıb. Və təbii ki, bu maraqdan da doğan, bu ətrafda baş verən işğal, müharibələrə təhrikli dəstəyi.

Bu məsələdə onu da qeyd etməmək olmaz ki, Azərbaycanın başına 30 il dövrdə gətirilən bu bəlalarda Rusiyanın müttəfiqi-digər bir qonşu dövlət, İranın da müxtəlif yollarla iştirakı olub.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-da azərbaycanlılar arasında qanlı dava: biri dünyasını dəyişdi

admin

Ukraynanın bu zərbələri Rusiyanı çətin duruma salır

redaktor

Hökumət deyil e, təlxəklər truppasıdır.

redaktor