CəmiyyətGündəmHadisə

Rüşvətə etiraza görə psixi dispanserə yerləşdirilən şəxs ictimai qınaqdan sonra azadlığa buraxıldı

Rüşvətə etiraz etdiyinə görə psixi dispanserə yerləşdirilən Şərur sakini Faiq Abbasov azadlığa buraxılıb.

Tacxeberşcom xəbər verir ki, qohumlarının “Gündəlik Naxçıvan”a verdiyi məlumata görə, ona qarşı açılmış cinayət işi də bağlanıb. Bundan əlavə, həmin işlə bağlı rayon polis rəisi cəzalandırılaraq vəzifəsindən azad edilib.

Lakin zərərçəkən tərəf bunu yetərli saymır. Onlar bütün bu proseslərin arxasında dayandığını iddia etdikləri irca baçşısının da cəzalandırılmasını tələb edirlər.

Yaxınları bildirir ki, Faiq Abbasovun dispanserdən buraxılmasında ictimai qınağın böyük rolu olub:

“Hadisə ilə bağlı videogörüntüləri əvvəlcə fərdi şəxslər paylaşmışdı, lakin başçı dərhal onları tapıb sildirmişdi. Çünki məsuliyyətin onun üzərində qalacağını bilirdi. Tez bir zamanda Faiqə sərxoş damğası vurub, xuliqanlıq maddəsi ilə cinayət işi açıb. dispanserə yerləşdirdilər.

Görüntülər müstəqil mətbuatın əlinə keçdikdən sonra isə vəziyyət dəyişdi. Məsələ ictimailəşdikdən sonra güclü ictimai qınaq yarandı. Bu səbəbdən onu dispanserdən buraxmağa və cinayət işini bağlamağa məcbur oldular. Qurban kimi isə polis rəisini seçdilər.

Əlbəttə, bu saxta işdə polis rəisinin rolu böyükdür və cəzanı haqq edir. Lakin o, belə bir addımı təkbaşına ata bilməzdi. Ona tapşırığın başçı tərəfindən verildiyini düşünürük. Biz başçının cəzalandırılmasını, həmçinin bizə dəyən maddi və mənəvi ziyanın ödənilməsini tələb edirik.”

Qeyd edək ki, Faiq Abbasov irc baçşıs rüşvət tələbinə və onu təhqir etməsinə etiraz olaraq aprelin 25-də avtomobilini yandırıb. O, daha sonra özünü yandırmağa cəhd etsə də, polis müdaxilə edərək buna imkan verməyib. Bundan sonra ona xuliqanlıq maddəsi ilə cinayət işi açılmış və zorla psixi dispanserə yerləşdirilmişdi.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Fransa ilə oyunda”Bəhramov” tam dolacaq

admin

Fazil Mustafa oğlunun vəfatından danışdı: “Çiynimdə aparıb dəfn etdim, amma…” — VİDEO

redaktor

Çində Yer kürəsinin ən böyük qızıl yatağı aşkar edilib

admin