DünyaSiyasət

Tramp qalib gələcəyinə əmin deyil

Mayın 1-də Tramp məktubla Konqresə müraciət edərək, İranla müharibəni dayandırdığını bəyan etdi. Bununla o  göstərirdi ki, ABŞ qanunvericilinə hörmət edir və prezident səlahiyyətlərini aşmır. Həqiqətənmi belədir?

ABŞ Konstitusiyasına görə müharibə elan etmək, müharibə elan etmədən hərbi əməliyyatlara başlamaq Konqresin müstəsna səlahiyyətidir.

1973-cü ildə Konstitusiyanın bu maddəsinin tənzimlənməsi üzrə qanun qəbul olundu. Həmin qanuna görə ABŞ-ın təhlükəsizliyi üçün qarşısıalınmaz təhdid yarandıqda prezident Konqresdən razılıq almadan hərbi əməliyyatlara başlaya bilər. Bu səlahiyyətin müddəti 60 gündür. Bundan sonra isə 30 gün ərzində qoşunlar münaqişə zonasından çıxarılmalıdır. Hərbi əməliyyata başladıqdan sonra 48 saat ərzində prezident Konqresə məlumat verməlidir.

İlk 60 gün ərzində:
1. Konqres prezidentin səlahiyyətlərini məhdudlaşdıra (məsələn, müharibəni dayandıra) bilər;
2. Prezidentin yazılı müraciəti əsasında müharibənin müddətini artıra bilər.

1-ci və 2-ci hallar baş verməzsə, 60 gün sonra müharibə (hərbi əməliyyatlar) avtomatik dayandırılmalıdır.

ABŞ İrana hücumu 28 aprel (şənbə) gecəsi başladı. 2 gün (48 saat) sonra bazar ertəsi Prezident Administrasiyası Konqresə bu haqda məlumat verdi. Məntiqlə prezidentin 60 günlük səlahiyyəti 28 apreldə bitirdi. Lakin respublikaçılar deyirlər ki, müddət Administrasiyanın Konqresə məlumat verdiyi tarixdən, yəni 2 martdan başlayır, demokratlar isə bununla razı deyillər. Bu məsələ qanunda dəqiq tənzimlənmədiyi üçün onu hər tərəf istədiyi kimi yozur.

1973-cü il qanununda olan boşluqların yaratdığı başqa kazuslar:

Münaqişə zonasında müvəqqəti atəşkəs yaranarsa, atəşkəs müddəti 60 günlük səlahiyyət müddətinə daxil olurmu? Tramp məktubunda qeyd edib ki, 7 apreldən münaqişə zonasında hərbi əməliyyatlar faktiki olaraq dayandırılıb. Yəni onun səlahiyyət müddətinin 25 günü hələ istifadə edilməyib. Hərçənd atəşkəs de-fakto mövcuddur, de-yure atəşkəsi təsdiq edən heç bir sənəd yoxdur.
Münaqişə zonasında atəşkəs və ya sülh elan olunarsa (de-yure və ya de-fakto) və bir müddət (hansı minimal müddət?) sonra hərbi əməliyyatlar başlayarsa, prezident yenidən 60 günlük səlahiyyətinə sıfırdan başlayırmı? Müharibə naziri Heqset 30 aprel Konqres dinləmələrində bu suala müsbət cavab istiqamətində mülahizələr yürüdürdü.
Qoşunların çıxarılmalı olduğu 30 gün müddətində hərbi əməliyyatlar ola bilərmi?
Münaqişə zonasında ABŞ-ın hərbi bazaları var. Qoşunların çıxarılamsı onlara da aiddirmi?
Münaqişə zonasına gətirilmiş əlavə hərbi kontingent münaqişə zonasında olan hərbi bazalara yerləşdirilə bilərmi?
Hərbi əməliyyatlara İsrail başlaya, ABŞ isə birbaşa iştirak etməyib, İsrailə bütün dəstəyi verərsə, bu müharibə aktı sayılacaqmı? və sairə

Göründüyü kimi, açıq suallar çoxdur və onların hamısına Prezident Administrasiyası özünə sərf edən tərzdə yozum verəcək. Elə indinin özündə də 1973-cü il qanunu pozulur. Beynəlxalq konvensiyaya görə hər hansı ölkənin blokadası müharibə aktı sayılır. ABŞ İranın dəniz blokadasını saxlayıbsa, deməli, 60 günlük müddət bitsə də hüquqi olaraq İrana qarşı müharibə dayandırılmayıb.

Elə müharibəyə başlama səbəbi özü qanun pozuntusudur. Prezident müstəsna səlahiyyətindən yalnız “ABŞ-ın təhlükəsizliyi üçün qarşısıalınmaz təhdid yarandıqda” istifadə edə bilər. O hansı təhdid idi ki, prezident təcili, Konqresin iclasını gözləmədən hərbi əməliyyatlara başladı?

ABŞ 2 apreldən münaqişə zonasından qoşunlarını çıxartmağa başlamalı idi, lakin əks prosesi görürük. Bircə zonadan “Gerald Ford” AZQ-si çıxarılır – o da gəmilərin nasazlığı ilə bağlıdır.

Beləliklə, Tramp üçün müharibəni yenidən başlamağa elə də ciddi maneə yoxdur. Lazım gəlsə, qanunu da, Konstitusiyanı da poza bilər – qalib gələrsə, ona hər şeyi bağışlayacaqlar. Məğlub olsa isə ABŞ qanunlarının bütün sərt yozumları ona qarşı çevriləcək. Trampın da qorxusu məhz budur – o, qalib gələcəyinə əmin deyil. Başqa sözlə, indiki halda atəşkəsin saxlanmasının yeganə səbəbi İranın ABŞ üçün təhlükəli olan hərbi potensialının qalması, ABŞ-ın bu potensialı məhv edə bilməməsidir.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan ifadə azadlığına görə 161 ölkə arasında 144-cü yeri tutdu.

admin

Ukrayna dronları Rusiyanın neft sənayesinə nə qədər ziyan vura bilir?

admin

“Bu, bizim müharibəmiz deyil”: Almaniyanın müdafiə naziri Trampın tələbini rədd etdi

redaktor