19.6 C
Bakı
28 İyun 2026 05:06
CəmiyyətGündəmİqtisadiyyat

Niyə kəndli narazı, şəhərli bahalıqdan şikayətlənir?

Niyə rayonlarda kəndli-fermer məhsulunu ucuz satdığından narazıdır, Bakıda isə alıcı eyni məhsulu bir neçə dəfə baha almağa məcbur qalır?

Əslində bu sual paradoksal görünsə də, cavabı o qədər də mürəkkəb deyil. Cavab məhsulun istehsalçıdan bazara, bazardan isə istehlakçıya qədər keçdiyi aqrar tədarük və satış modelindədir.

Bu modeldə çoxlu xırda problemlərlə yanaşı, bazara birbaşa təsir edən bir neçə əsas problem də var.

Bunlardan birincisi, topdansatış və paylama kanallarında rəqabətin məhdudluğudur. Belə ki, alternativ satış və paylama platformaları kifayət qədər formalaşmadıqda bazar gücü müəyyən kanallarda cəmlənir.

İkinci problem, tarladan bazara qədər logistika və əməliyyat xərclərinin yüksəkliyidir. Belə ki, daşınma, saxlanma, sənədləşmə və digər əməliyyat mərhələləri məhsulun son qiymətinə əlavə xərc yaradır.

Üçüncüsü, istehsalçının bazarda qiymət formalaşdırmaq və son istehlakçıya birbaşa çıxış imkanlarının zəifliyidir. Belə olduqda məhsulun yaratdığı əsas dəyərin əhəmiyyətli hissəsi istehsalçıda deyil, aralıq ticarət mərhələlərində formalaşır.

Əlqərəz, problem əsasən məhsulun tarladan piştaxtaya qədər keçdiyi yolda yaranır.

 

Eldəniz Amirov

Tacxeber.com

Oxşar xəbərlər

Xəbəri olmadan adına 5 şirkət açılıb, külli miqdarda vergi borcu yaranıb – Kürdəmir sakini şikayətçidir – VİDEO

redaktor

İnsanlara heç vaxt bu sözləri DEMƏK OLMAZ

redaktor

Nazir İlham Qasımova yüksək vəzifə verdi.

admin