DünyaSiyasət

Azərbaycanın təhlükəsizlik arxitekturası

Süni intellektin inkişafına 2025-ci ildə ən çox sərmayə qoyan ölkələrin siyahısına ABŞ başçılıq edir. Ötən il ABŞ süni intellektin inkişafına 470.9 milyard dollar xərclədiyi halda, onun yeganə rəqibi Çin 119.3 milyard dollar xərcləyib. Rəqəmlərdən göründüyü kimi, ABŞ ötən il süni intellektin inkişafına Çindən təxminən dörd dəfə çox pul xərcləyib.

Siyahıda üçüncü olan Böyük Britaniya 28.2 milyard dollar xərcləyib ki, bu da süni intellektin liderliyi uğrunda mübarizənin ABŞ və Çin arasında getdiyi, digər ölkələrin bu mübarizənin iştirakçısı olmadığı haqqında “Rusiyanın süqutunu qaçılmaz edən beş şərt” başlıqlı məqalədəki fikirlərimi təsdiq edir.

Böyük Britaniyanı 15.3 milyard dollarla Kanada izləyir. Almaniya, Yaponiya, Hindistan və Fransa kimi böyük iqtisadiyyata malik ölkələri qabaqlayaraq sırada beşinci olan İsrail ötən süni intellektin inkişafına 15 milyard dollar xərcləyib. Süni intellektin inkişafına 11.3 milyard dollar xərcləyən Almaniya altıncı, 11.1 milyard dollar xərcləyən Hindistan yeddinci yerdədir.

Siyahıda səkkizinci olan Fransa ötən il süni intellektin inkişafına 9 milyard dollar, doqquzuncu olan Cənubi Koreya 7.3 milyard dollar xərcləyib. Ərazisi Bakıdan üç dəfə kiçik olan Sinqapur süni intellektin inkişafına Cənubi Koreya qədər, yəni 7.3 milyard dollar xərcləyib və siyahıda onuncu yerdədir. Göründüyü kimi, süni intellektin inkişafına ən çox pul xərcləyən 10 ölkə arasında Rusiya, İran və Türkiyənin adı yoxdur. Bu isə o deməkdir ki, iqtisadiyatda və hərbidə süni intellektin həlledici rol oynacağı XXI əsrdə bu dövlətlərin suverinliyi olmayacaq. Ən böyük nüvə arsenalına sahib olmaq belə yetərsizdir. Çünki, süni intellekt sənayeni kökündən dəyişdirərək yeni inkişaf meyarları yaratdığı kimi, hərbidə də təhdidlərin təhlili, hədəflərin seçilməsi və qərar qəbuletmə mərkəzinə çevrilir.

ABŞ Müdafiə Nazirliyinin bir neçə gün öncə Nvidia, Microsoft, Amazon Web Services (AWS) və Reflection AI texnologiya şirkətləri ilə müqavilələr imzalayıb. Bu yeni müqavilələr Google, SpaceX və OpenAI ilə əldə edilmiş razılaşmaları tamamlayır. Son razılaşmalar ilə süni intellekt texnologiyaları ABŞ hərbi infrastrukturuna inteqrasiya edilən şirkətlərin sayı yeddiyə çatıb. Vaşinqtonun məqsədi süni intellekt mərkəzli bir ordu yaratmaqdır.

Döyüş robotlarından istifadənin tədricən genişlənməsi orduların “dəmir adam”lardan ibarət olması ilə başa çatacaq. Böyük Britaniyanın 2030-cu ildə ordusunun 25 faizini robotlar təşkil edəcək ki, bu da gələcəkdə orduların “dəmir adam”lardan ibarət olacağı haqqında qənaətimi təsdiq edir. Robotlardan ibarət ordunun ən zəif və ən güclü yeri isə süni intelleklə bağlı olacaq. Hansı ordunun süni intellekt proqramı kənar təsirə daha davamlı olacaq, həmin ordu ən güclü ordu olacaq.
Süni intellekdə suverenlik əldə etmək üçün şərtlər çox olsa da, bir neçəsi həlledicidir. Məsələn, nəhəng maliyyə resursları, böyük enerji resursları, qabaqcıl süni intellekt sistemlərini quraccaq və idarə edəcək sayda üstün istedadlar olmadan müstəqil süni intellekt sahəsi yaratmaq israfçılığa səbəb olan lovğalıqdan başqa bir şey deyil.

Azacıq elmi bilikləri olan hər kəs anlayır ki, bu günə olan mənzərə ondan ibarətdir ki, süni intellekt sahəsində iki ölkə – ABŞ və Çinin dominantlıq edir. Bu həm də o deməkdir ki, yalnız bu iki ölkə süni intellektdə suverenliyə malikdir. Digər ölkələr bu iki ölkənin birindən önəmli dərəcədə asılıdır. Seçim də bu iki ölkə arasındadır. Üçüncü bir ölkə yoxdur.

Çini seçməzdən öncə təhlükəsizlik, kəşfiyyat və strateji risklər üzrə dünyaca məşhur ekspert Keys Fleminqin “Qırmızı sunami: Azadlığınızı məhv edən səssiz fırtına” (The Red Tsunami: The Silent Storm Killing Your Freedom) kitabını oxumağınızı tövsiyyə edirəm.

Azərbaycanın təhlükəsizlik arxitekturasının Çinə deyil, ABŞ-a dayanaqlı olmalı olduğunun alternativi yoxdur və olmayacaq. Türkiyə ilə ittifaq, xüsusilə də türk-islam birliyi kimi cəfəng fikirlərin heç bir prespektivi yoxdur.

ABŞ-a dayanaqlı təhlükəsizlik arxitekturasının formalaşmasının ən qısa yolu “Xəzər asayişi” Alyansının yaradılmasından ibarətdir. İlk mərhələdə ABŞ, Azərbaycan, Qazaxıstan və İsraili əhatə edəcək, Xəzər hövzəsində (Cənubi Qafqaz və Mərkəzi Asiya) regional sülh sabitlik və rifahı təmin edəcək “Xəzər asayişi” Alyansının alternativi yoxdur və olmayacaq. “Xəzər asayişi” Alyansının yaradılması Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın həyati əhəmiyyətli maraqlarına uyğun olduğu kimi, ABŞ və İsrailin də maraqlarına uyğundur.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Sabah Tramp Nobel Sülh mükafatını ala biləcəkmi?

admin

“Oxşarı” Putinə sual verdi, belə cavab aldı – VİDEO

redaktor

Səkkiz OPEC+ ölkəsi neft hasilatını artırmağa qərara aldılar

admin