25.4 C
Bakı
19 İyun 2026 04:01
Sağlamlıq

Bu çay yarım saata adamı yatızdırırmış

Bir fincan südlü çay və ya yaşıl çay sizə bir az enerji verə bilsə də, bütün çaylar canlandırıcı təsirə malik deyil.

Tacxeber.com Medicina.az-a istinadən xəbər verir ki, diyetoloq İqor Strokov insanı dəqiqələr içində yuxuya aparan sadə çaydan danışıb:

“Çobanyastığı çayı tez-tez yuxusuzluq və digər yuxu problemləri üçün təbii bir vasitə kimi istifadə olunur. Əzələləri rahatlatmağa və narahatlığı azaltmağa kömək edən təbii sakitləşdirici təsirə malikdir ki, bu da yuxuya getməyi asanlaşdırır.

Araşdırmalar göstərib ki, çobanyastığı çayı yuxunun keyfiyyətini və müddətini yaxşılaşdırmağa kömək edə bilər”.

Çobanyastığı çayının yuxululuğa səbəb olması 30-45 dəqiqə çəkir. Bu məşhur çayın kömək etməsinin səbəbi onun yüngül sakitləşdirici xüsusiyyətləri ilə bağlıdır.

Bu sakitləşdirici təsirlər çobanyastığında olan və beyindəki benzodiazepin reseptorlarına bağlanan flavonoid apigeninlə əlaqəli ola bilər.

 

Tacxeber.com

Oxşar xəbərlər

Uşaqlarda dilaltı pərdə kəsilməlidir, yoxsa yox?

redaktor

Yeməkdən sonra niyə yatmaq istəyirik?

redaktor

Soyuducuda saxladığınız qaynadılmış yumurtadan zəhərlənə bilərsiniz

redaktor