Bir neçə ildir ki, ölkənin təhsil sistemi bir qrup özündən müştəbeh və yarıtmaz adamların əlindədir.
Deməli, aprelin 29-da Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İmişlidə vətəndaş qəbulu keçirib. Qəbulda Beyləqan, İmişli, Saatlı və Sabirabad sakinləri iştirak ediblər.
Bəs, bu 4 rayondan neçə nəfər qəbula yazıla bilib? Cəmi 16 nəfər! Tərifləmək üçün də əlavə olaraq, ordan-burdan 15 nəfər gətiriblər və say olub 31!
Halbuki, bu 4 rayonun ümumilikdə əhalisinin sayı təxminən 550 min nəfərdir. Beyləqan, Saatlı, İmişli və Sabirabad rayonları sosial vəziyyətin və təhsilin ən bərbad durumda olduğu rayonlar içərisində ilk yerdə qərarlaşıb. Demək olar ki, bu rayonların təhsil sistemindəki özbaşınalıqlarla bağlı ay ərzində yüzlərlə şikayətlər ictimailəşir. Axı 31 nəfər hardan çıxdı? Məntiq yoxdur.
Qəbulda olan vətəndaşların şikayətləri ilə də bağlı heç bir tədbir görülməyib. Ardınca da orta məktəbdə məzmunsuz iclas keçirərək Bakıya geri dönüb.
Vətəndaş qəbulu adı altında imitasiya etmək, rayon təhsilindəki problemləri həll etmək əvəzinə məqsədli şəkildə birbaşa paytaxta – Bakıya yönləndirmək, sosial narazılığı artırmaq, məsuliyyətdən yayınmaq, adi prosedur qayda olaraq görüşlər keçirərək baş aldatmaq dövlətə qarşı təxribat, təhsilə xəyanət, vətəndaşa təhqirdir.
