DünyaSiyasət

ABŞ-ın 35 İllik hegemonluğu bitir? Tramp 15 mayda Çinə niyə gedir

Tramp 31 martda Çinə rəsmi səfər etməli idi. İranda zibilə düşdüyü üçün Çinə səfərini 45 gün təxirə saldı. Ümid edirdi ki, o vaxtadək İranı ram edər və Si ilə görüşə qalib kimi gedər.

Trampın Si ilə görüşü çox vacib geosiyasi hadisə kimi nəzərdə tutulub. 1990-cı ildən ABŞ dünyaya monopol hökmranlıq edirdi. 2010-cu ildən etibarən Çin onun hökmranlıq taxtını getdikcə daha intensiv sılkələməyə başlayıb. 2022-ci ildən isə əksər ölkələr ABŞ-ın həqiqətən də hökmran olduğuna şübhə etməyə başladılar. 2025-ci ildə Tramp yenidən hakimiyyətə gələrkən onun qarşısında qoyulan əsas məqsəd Çini yerinə otuzdurmaq və ABŞ-ın laxlayan taxtını möhkəmləndirmək idi.

15 aylıq hakimiyyəti ərzində Trampın bütün fəaliyyəti bu məqsədə xidmət edib. Onun planına görə, bir il ərzində ABŞ Çini bütün sahələrdə (ticarət, texnoloji, geosiyasi, enerji təchizatı, hərbi və s.) sıxışdırmalı və Pekinə ilk rəsmi səfərinə qalib kimi getməli, Çin də əlacsızlıqdan ABŞ-ın bütün şərtlərini qəbul etməli idi. Bununla da Tramp ABŞ-ın yenidən şəksiz monopol hakimiyyətini bərpa etməli idi.

Amma ABŞ İranda iliş(diril)di. Bu vəziyyətdə Tramp Pekinə yalnız məğlub kimi gedə bilər. Vəziyyət dəyişməyəcəksə, 15 may ABŞ-ın azı 2-ci supergücü qəbul etməsi kimi tarixə düşəcək. Ona görə “azı” yazdım ki, Çin yeni monopol güc də ola bilər.

Belə olan halda Tramp 15 mayda Çinə gedəcəkmi?

Sualın 2 cavabı var və ikisi də ABŞ üçün yaxşı heç nə vəd etmir:

1. Gedəcək – indiki vəziyyətdə bu ABŞ-ın Çin qarşısında məğlubiyyətinin rəsmiləşdirilməsi olacaq, çünki ABŞ bütün mümkün razılaşmalarda Çinin üstünlüyünü qəbul etməyə məcbur olacaq.

2. Getməyəcək (təxirə salacaq) – görüşü 2-ci dəfə, yenə ABŞ-ın təklifi ilə təxirə salmaq da onun Çin qarşısında zəif mövqedə olduğunun təsdiqidir. Həm də görüşü təxirə salmaq seçkilər öncəsi ABŞ iqtisadiyyatı üçün ağır nəzticələrə səbəb ola bilər.

Buna görə 15 mayadək ABŞ-ın İrana qarşı yenidən hərbi əməliyyatlara başlayacağını gözləmirəm. Çünki ABŞ indi fevraldakından da zəif haldadır (təyyarələrinin çoxu təmirə/texniki baxışa dayanıb, AZQ-lərinin 2-si pis vəziyyətdədir, sursat ehtiyatı kritik həddədir, Körfəzdəki radarlarını itirib, ABŞ əhalisi əksərən müharibəyə qarşıdır və s.). Müharibəyə başlasa, 15 mayadək daha pis vəziyyətə düşə bilər. Risk etmək olmaz.

Trampın daha miskin vəziyyətdə Pekinə gəlməsi Çin üçün hədiyyə olardı. Yəqin ki, Qalibafın ABŞ-ı müharibəyə təhrik etməsi də bu “oyunun” tərkib hissəsidir. İran Çin və Rusiyadan müəyyən təminatlar almasaydı, bu qədər arxayın olmazdı. Ondan 1 gün əvvəl Əraqçi Putinlə görüşmüşdü. Mətbatda gedən bəzi məlumatlara görə, atəşkəs dövründə Çin İrana özünün S-400-ün analoqu olan HHM sistemlərini göndərib. Yeri gəlmişkən, Trampdan bir neçə gün sonra Putin Çində rəsmi səfərdə olacaq.

Bəs ABŞ nə edə bilər?

Trampın Pekində səfərdə olduğu 1-ci gün gözlənilmədən İrana hücum etmək və müəyyən qısamüddətli üstünlük əldə etməyə ümid bəsləmək olar. Bu üstünlüyün azı 2 gün saxlanılması kifayətdir ki, Çinə qarşı “güclü kartların” olduğu illüziyasını yaradasan. Trampın avantürist xarakterini və çarəsiz vəziyyətini nəzərə alsaq, bu ssenari mümkündür.

Görək trampçılar nə hoqqa çıxaracaqlar.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Maduronu güc tədbirləri ilə hədələyib

redaktor

İT sahəsində ən çox tələb olunan peşələr

admin

Tramp İranı blokada ilə boğmağa hazırlaşır

redaktor