DünyaSiyasət

Paşinyanın rəqiblərinə ünvanlamalı olduğu 4 sual

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca, baş nazir Nikol Paşinyana müxalif olanlar Azərbaycanla sülh quruculuğunun əleyhinə olduqlarını gizlətmirlər. Seçki kampaniyasını genişləndirməyə çalışan eks-prezident Robert Köçəryan son müsahibələrindən birində deyib ki, “Tramp yolu” Ermənistana gəlir gətirməyəcək.

Radikallarla əlaqəli olan saytlar da oxşar yazılar yayımlayaraq bildirirlər ki, Yaxın Şərqdəki hadisələrin fonunda “Tramp yolu”nun reallaşması guya sual altındadır, guya Vaşinqtonun bu layihəyə marağı azalıb, guya Avropa İttifaqı bu yolun əleyhinədir, halbuki, həmin dəhlizlə daşınacaq yüklərin son ünvanı məhz Avropa olacaq. Paşinyana məsləhət kimi olmasın, ancaq baş nazirin parlamentdəki çıxışlarının birində rəqiblərinə bu sualları ünvanlaması yerində olar: 1. “Ermənistanın Azərbaycanla sülh sazişi imzalamasının əleyhinəsizmi?”; 2. “Ermənistan Azərbaycandan yanacaq almamalıdırmı?”; 3.“Rusiya və Qazaxıstan taxılının Azərbaycan üzərindən daşınmasının əleyhinəsizmi?”; 4. “Ermənistanı Azərbaycanla birləşdirən nəqliyyat yollarından imtinamı etməliyik?”

 

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Makrondan Putinlə bağlı sərt açıqlama: Onun əsas məqsədi…

redaktor

WKF-nin Rafael Ağayevlə bağlı paylaşımı

admin

“Caliber” Qərb demokratiyasının iç üzü barədə – VİDEO

redaktor