9 C
Bakı
29 Aprel 2026 11:14
Cəmiyyət

“Olmaz belə, Vallah olmaz”: Gömrük Komitəsinə səyahətə “stop” səlahiyyəti

Hökumət, deyəsən, qərar verib ki, insanların, biznesin, sahibkarların pozitiv gözləntilərinin əksinə olan nə varsa, həmin addımları atsın – uzun zamandır müzakirə olunurdu ki, Azərbaycanda Gömrük Komitəsinin ayrıca, müstəqil, özü də rütbəli məmurlardan ibarət olan qurum kimi fəaliyyətinə ehtiyac yoxdur. Çoxdan təklif var ki, Komitə ya Maliyyə, ya da İqtisadiyyat nazirliyinə birləşdirilsin, həbri rütbələr ləğv edilsin, Gömrük gözə görünməz, iş adamlarına mane olmayan, nazirliklərin birinin tərkibində departament kimi fəaliyyət göstərsin, bir çox səlahiyyətləri azaldılsın. Bəzi hökuməti dəstəkləyən deputatlar da bu təklifə isti baxdıqlarını publik çıxışlarında söyləyirdilər.

Amma və lakin Gömrük komitəsinin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir – Komitə bundan sonra iş adamlarına ölkədən çıxışa “stop” qoya biləcək, “brokerlər” anlayışını rəsmiləşdirərək, adını “dolayı gömrük təmsilçiliyi” qoyacaqlar, onların Komitə daxilində reyestri yaranacaq, Gömrük Komitəsi kimi istəsə həmin siyahıya salacaq, kim istəsə o siyahıdan çıxaracaq və fəaliyyətləri Gömrük komitəsinin iki dodağı arasından keçəcək.

Azərbaycan Respublikasının Konstitusiyası var, orada insanların səyahət sərbəstliyi maddəsi, bu maddənin Dövlət tərəfindən qorunması öhdəliyi var. Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar, zatən bir neçə dövlət-hökumət qurumuna Ana Yasada təsbit olunan hüququn məhdudlaşdırma səlahiyyəti tanıyıblar, indi də belə bir “stop” düyməsini Gömrük Komitəsinə verirlər – olmaz belə, Vallah olmaz…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Cəmil Məmmədliyə 6 il 2 ay həbs verildi.

admin

Çerçesovun Azərbaycan millisini yeni səviyyəyə qaldıracağı proqnozlaşdırılır.

admin

Telefonların dinamikini düzgün təmizləməyin YOLLARI

redaktor