13 C
Bakı
25 Aprel 2026 17:34
DünyaMaraqlıSağlamlıq

6 ay ömrü qaldığı deyilən şəxs 38 ildir yaşayır: “Mənə diaqnoz qoyan həkimlər ölüb” – FOTO

“Həkimlərin 6 ay ömrün qalıb” dediyi xəstə 38 ildir yaşayır.

Tacxeber.comxəbər verir ki, hadisə Türkiyənin Giresun şəhərinin Bulancak rayonunda baş verib.

Belə ki, 58 yaşlı Fatma Durana 38 il əvvəl nadir xəstəlik olan “Sklerodermiya” diaqnozu qoyulub.

Üz tutduğu bir çox xəstəxanada qadına müalicəsinin mümkün olmadığı və 5-6 ay ömrü qaldığı deyilib.

Həkimlərin diaqnozuna baxmayaraq qadının 38 ildir həyatda olması eşidənləri təəccübləndirir.

“Kiçik yaşlarından bəri narahatlıqlarım var idi. Tez-tez xəstələnirdim, amma 20-li yaşlara çatanda xəstəliyim get-gedə pisləşdi. Bundan sonra atam məni Ordu, Trabzon, İstanbul və Ankaradakı xəstəxanalara apardı. Bəzi müalicələr tətbiq etdilər, amma sağalmadım. Xəstəliyimin milyonda bir adamda rast gəlinən “sklerodermiya” olduğunu dedilər. 1996-cı ildə atam öldüyü üçün pulsuzluqdan müalicəyə başlaya bilmədik. Həkimlərin demək olar ki, hamısı 5-6 aylıq ömrümün qaldığını dedilər”, – deyə Fatma Duran söyləyib.

Qadın getdiyi xəstəxanalardan birində ona yazılan idxal dərman sayəsində həyatda qaldığını söyləyib:

“Bu dərman sağlamlığımı hər gedən gün daha da yaxşılaşdırdı. Sonra məmləkətə döndüm. Bu dərmanı xeyirxah insanların sayəsində mənə xaricdən alıb göndərdilər. Yaşımla əlaqədar sağlamlığım o qədər yaxşı olmasa da, hələ də yaşayıram. Amma mənə 5-6 aylıq ömür biçən həkimlərimin öldüyünü öyrəndim”.

Qeyd edək ki, sklerodermiya dəri, qan damarları, əzələlər və daxili orqanlarda dəyişikliklərə səbəb ola bilən bir qrup autoimmun xəstəlikdir. Xəstəlik sadəcə dəri ilə də lokalizasiya ola və ya digər oqranlara da yayıla bilər. Sklerodermiyanın simptomları vəziyyətin növündən və şiddətindən asılı olaraq dəyişə bilər. Ən çox görülən simptomlarından biri dərinin, xüsusən də barmaqlarda, əllərdə, üzdə və ayaqlarda qalınlaşması və sərtləşməsidir. Dəri daha parlaq və sıx görünə bilər. Həmçinin soyuq temperatur və ya stresə cavab olaraq əl və ayaq barmaqlarında olan qan damarlarının daralması halı, əl və ayaq barmaqlarının ağ və ya mavi rəngə çevrilməsinə, soyuq və uyuşmasına səbəb olan raynaud sindromu yaşana bilər.

Xəstəlik həzm sisteminə təsir göstərərək udma çətinliyi, sinə içində ağrılı yanma hissi və şişkinlik kimi simptomlara və ağciyərlərə təsir edərək nəfəs darlığına, sinə ağrısına və davamlı quru öskürəyə səbəb ola bilər. Sklerodermiyası olan bəzi insanlar, xüsusən də əllərdə və ayaqlarda oynaq ağrısı və sərtlik yaşayırlar. Sklerodermiya anemiya və ya iltihabla əlaqəli olaraq yorğunluq və zəifliyə də səbəb ola bilər. (Ölkə.az)

Tacxeber.com

Oxşar xəbərlər

Trampdan Qrenlandiya xalqına: Gəlin ABŞ-yə qoşulun

redaktor

Panik atakla ürək tutmasının fərqi – Qorxanlar oxusun

redaktor

Bayden istefa verməkdən imtina etdi

redaktor