11 C
Bakı
23 Aprel 2026 17:45
DünyaSiyasət

Trampın İranla atəşkəs barədə bəyanatları qumar predmeti imiş

“Reuters” bununla bağlı şok məlumatlar dərc edib.

Məsələnin qısa təsviri belədir: Tramp bir gün İranı darmadağın edəcəyini, o sivilizasiyasını məhv edəcəyini deyir, nəticədə dünya bazarında neft bahalaşır.

Amma qəfildən Tramp mövqeyini dəyişir və atəşkəs elan edir, neftin qiyməti ucuzlaşır. Və indi məlum olub ki, hər dəfə Trampın atəşkəs bəyanatlarından cəmi 15-20 dəqiqə öncə bəzi anonim treyderlər (birja qumarbazları) neftin ucuzlaşacağına yüz milyonlarla dollar mərcə pul yatırıblar və böyük məbləğ – 2,1 milyard dollar qazanıblar. Həmin anonim qazanc sahibləri Trampa yaxın olan treyderlər, yaxud onun özü ola bilər.

Eyni hadisə son iki ayda 4 dəfə təkrarlanıb, ona görə də bu, artıq şans yox, manipulyasiya ehtimalı kimi qəbul edilir.

Bazarın manipulyasiyası isə Amerika qanunları ilə qadağandır və bununla bağlı araşdırmaya başlanıldığı deyilir.

Bu barədə siz nə düşünürsüz?

 

Mustafa Hacıbəyli

Tacxeber.com

Oxşar xəbərlər

Telefon asılısı olan gənc 3 ildir evdən çölə çıxmır

redaktor

Tramp Putinin qaykasını daha yaxşı sıxa bilər – “Foreign Policy”

redaktor

Tramp müharibəni daha tez bitirəcək – Zelenski

admin