11 C
Bakı
23 Aprel 2026 14:37
DünyaGündəmHadisəKriminal

Halal olsun, xanım baş prokuror…

Bu, nümunəvi xidməti və davranışı paylaşım. Bu məsələ, həm hüquq-mühafizə sistemində vicdanlı çalışma və haqq-ədalətin bərpası və qətl edilmişin qanının yerdə qalmaması üçün nümunəvidir. Həm də bu istintaq və bu bərpa bir xanımın təkidli rəhbərliyində getdiyi üçün.

Türkiyədə gənc tələbə qızın Əyalət Valisinin oğlunun də iştirakı ilə qətlindən və əyalət baş prokuroru Ebru Cansu xanımın 6 illik qətlin (təcavüz şübhəli) üstünü açması barəsində.

Nə baş verib?

Tuncelidə vilayət Munzur Universitetinin Uşaq İnkişafı şöbəsinin ikinci kurs tələbəsi Gülistan Doku 5 yanvar 2020-ci il tarixdə yataqxanadan çıxdıqdan sonra yoxa çıxır. Ailəsi 6-sı yanvarda Vilayət Polis İdarəsinə qızlarının itkisi barədə məlumat verir. Marşrut boyunca, təhlükəsizlik kameraları araşdırmaları qızın mikroavtobusa mindiyini göstərir, lakin dəqiq düşmə yerini isə müəyyən etmək mümkün olmur.

Araşdırmalar Dokunun mobil telefonunun son dəfə Uzunçayır bəndi gölünün üzərindəki Sarı Saltuk Viyadukunda siqnal verdiyini aşkar edir.

Uzunçayır bənd gölündə, qubernator (valinin) Tuncay Sonelin koordinasiyası və təlimatı ilə AFAD (Fəlakət və Təcili Yardım İdarəsi), Hərbi Dəniz Qüvvələri Komandanlığı, Təhlükəsizlik Baş İdarəsi, Jandarma Baş Komandanlığı və s. 542 nəfərlik heyət, həm də vətəndaş cəmiyyəti təşkilatları, universitetlər və könüllülər, axtarış iti ilə aparılan axtarışlara baxmadan, Gülüstan Dokudan əsər-əlamət tapılmır və axtarış işləri dayandırılır. (Sonradan aydın olur ki, elə valinin özü tərəfindən, qəsdən axtarış yanlış yönəldilir)

Gülistanın ailəsi isə ən ali instansiyalara gənc tələbə qızlarının yox olması barədə şikayətlərə, davam edir. Mətbuat, cəmiyyət reaksiyası artır.

Nəhayət iş yenidən araşdırmaya qaytarılır…

Hakimlər və Prokurorlar Şurasının qərarı ilə 4 il sonra, 2024-cü ildə, Tuncelinin Baş Prokuroru təyin edilən və bu xidmət üzrə Türkiyədə xidmət edən yalnız üç qadın prokurordan biri olan Ebru Cansu xanım işi yenidən araşdırma qərarı verir.

Bu ara, Dokular ailəsi ilə görüşən Ebru Cansu: “Baş prokuror olmazdan öncə bir qız anasıyam; Gülistan da mənim qızımdır. Arxayın olun ki, özümü şəxsən bu işə həsr edəcəm, qızcığaza nələr baş verdiyini aydın edəcəm” vədini verir.

Baş Prokurorun göstərişi ilə xüsusi bir istintaq qrupu yaradılır və ibtidai istintaqı təzədən, tam əvvəldən aparmaq qərarına gəlinir. İlk öncə isə, əyalətdə Nömrə Nişanı Tanıma Sistemi (NNİS) və Təhlükəsizlik İdarəetmə Sistemi ilə (CMS) Gülüstan Doku yoxa çıxmazdan əvvəl və həmin gün toplanaraq araşdırılır. Və nəticələr yaranır.

İşin ucu Gülistanın tanış oğlanı və onun dostu Vilyaət Valisinin oğlunun üzərinə.çıxır. Və baş prokurorun göstərişi ilə həmin oğlan Zaur Aksu və Tunceli valisi Tuncay Sonelin oğlu Mustafa Tuncel və həm, valinin mühafizəçisi Ş. Eroğlu daxil, 11 nəfər saxlanılır. Dindirmələrdə, qıza qətldən də öncə, cinsi tecavüzlər məlum olur.

Prokuror xanım Ebru Cansu: “İş ucu kimə çıxır çıxsın, hər kəs cavab verəcək” deyə bəyan edir. 7 aydan çox, gərginliklə davam edən və həmin göllərdəki axtarışın hesabına 6 ildir yoxa çıxan qızın-Gülıstanın cəsədi nəhayət ki, aşkar edilir.

İstintaqın sonrakı gedişində məlum olur ki, bu qətlin gizlədilməsi və istintaqa mane olmaqda Tunceli valisinin özü, arvadı və onlara bu işdə kömək etmiş polislər, ekspertlər, baş həkimin də əli var. Hamısı birlikdə, 18 nəfər həbsdədir.

İstintaq hələ davam edir. Nəticə budur: vəzifə, ya digər pullu imkanlı ya tanınmış şəxs, gərək övladı elə tərbiyədə böyütməsin ki, gedib belə alçaq cinayətlər törətsin. Və valideynin özü də onun cinayətini ört-basdırda həbsə düşməsin.

Baş prokuror Ebru Cansu xanıma da, ədalətin bərpasına vicdanla çalışımı üçün halal olsun.

P. S.
Daha bizim Azərbaycanın sabiq baş prokuror və onun müavini kimi, dövlət rəhbərliyinə tez report vermək xatirinə (maddi və ya tapşırığa görə yox), körpə qızcığazı oğurlayıb, işgəncə verib, təcavüz edib, xüsusi amansızlıqla qətlə yetirən manyakın, qətli tez video-etiraf etməsi üçün onun yaxınları ilə sövdələşib də təqsirini bir qədər azaltmaq (təcavüzü işdən kənar edib ömürlük həbsdən qurtarmaq) addımı ilə, həm qanunu, həm cəmiyyəti və elə, həm də dövlət rəhbərliyini aldadıb, sonra, bu məlum olanda, hər ikisi də birdən işdən qovulduqları kimi yox.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Putin kosmosda nüvə silahı yerləşdirmək iddiasını ölkəsinə qarşı “hiylə” adlandırıb

redaktor

Nüsretin restoranında 615 minlik hesab – FOTO

admin

Ərdoğan dünya çempionatının açılış mərasimində iştirak edəcək

redaktor