16 C
Bakı
23 Oktyabr 2026 05:18
İdman

Yenə məlum vəhabi şəbəkəsi?

Və planşet qadağan olmalıdır.

“Turan”ın başına gətirilənləri “Neftçi”nin də başına gətirdilər. Yenə də “Zirə”yə kömək etdilər. Məlum dini şəbəkə öz işinə davam edir, yoxsa hakimliyin səviyyəsi plintusun altına enib? Bunu idman jurnalistikası araşdırsa, yaxşı olar.

“Zirə”nin “qol”undan sonra baş verən qalmaqalın səbəbi planşet oldu. Bu ildən etibarən klubların texniki heyəti oyunun gedişatını planşetlə izləyə bilir. Dünən “Neftçi”nin texniki zonası epizodun ofsayd olduğunu görəndən sonra özündən çıxdı, vəziyyət tam nəzarətdən də çıxa bilərdi.

“Neftçi”nin texniki zonası epizodu seyr etməsəydi, dünənki qalmaqal da yaşanmazdı. Ümumilikdə isə planşetlə bağlı daha iki xoşagəlməz hal yaşanıb Premyer Liqada bu mövsüm . Qurban Qurbanov və Ayxan Abbasov planşetdə epizoda baxdıqdan sonra hakimin qərarı ilə razı olmadıqlarına görə planşeti vurub sındırmışdılar ötən turlarda.

Futbol federasiya çox gözləmədən, elə bu günkü oyunlardan başlayaraq texniki zonlardan planşeti yığışdırmalıdır.

 

Xəyal Əzizbəyli

Tacxeber.com

Oxşar xəbərlər

Yaxşı mübarizə, məyusedici nəticə

admin

“Sabah” “Borussiya”ya qarşı

admin

Arda Güler daha 5 il “Real”da

admin