DünyaSiyasət

ABŞ kimi ölkədə Tramp kimi bambılı necə seçildi?

Mən də bu sual ətrafında düşünmüşəm. Əlbəttə, ona sponsorluq edən şəxslərin rolunu heçə endirmək istəmirəm, amma nəzərə almalıyıq ki, sponsorlar hər hansı şəxsi hakimiyyətə gətirəndə xalqın istəklərini araşdırır və bu istəklərə cavab verən “kuklalarını” irəli çəkirlər. Bu halda layihə daha az xərcə başa gəlir. Etiraf etməliyik ki, Amerika seçkilərində xalqın rolunu həlledicidir. Sadəcə, xalq təklif olunanlar arasından seçim edir.

Bəs necə oldu ki, xalq belə bir xəstəni prezident seçdi?

Böyük nailiyyətləri olan dövlətdəki xalqın milli eqosu çox körüklənir. Nailiyyətlər azaldıqca, itirildikcə psixoloji olaraq xalq diskomfort yaşayır, özünə əvvəlki hörməti (sitayişi) görməyəndə eqosu göylərdə olan xalq özünü alçaldılmış hiss edir. Elə bir liderə ehtiyac duyur ki, milli eqonu yenidən göylərə qaldırsın. Eqo günahı özündə axtarmağa imkan vermir, o həmişə günahkarı kənarda axtarılır və, əlbəttə, tapır. Belə vəziyyətlərdə həmişə populist vədlər verən şəxslər çoxluğun sevimlisinə çevrilir və xalq sevimlisini özünə lider seçir.

Heç bir təhsili olmayan Hitler də belə vəziyyətdə demokratik yolla hakimiyyətə gəlmişdi. Xalq onu niyə seçdi? Çünki alman xalqı 1-ci DM-dən sonra özünü alçaldılmış hesab edirdi, qisas hissi ilə yanırdı. Eqosunu yüksəldə bilən adama böyük ehtiyac hiss edirdi. Hitler isə bunların hamısını vəd edirdi. Nə qədər ki, Hitlerin əməlləri xalqın eqosunu yüksəldirdi, xalq onun bütün cinayətlərinə, vəhşiliklərinə göz yumur, bağışlayırdı…

Bizdə Nemət Pənahov da eyni üsulla xalqın sevimlisinə və liderinə çevrilmişdi və o vaxt demokratik seçki keçirilsəydi, xalq onu ölkənin 1-ci şəxsi seçərdi. Çünki erməni özbaşınalığı xalqın eqosunu alçaltmışdı və buna adekvat cavab verən yox idi. Xalq onun eqosunu yüksəldə bilən adama ehtiyac duyurdu. Kim pafoslu bir şeir, “Ey xalq, sən ulusan, sən böyüksən!” tipli şüarlar desəydi, lider ola bilərdi…

ABŞ-da da eyni vəziyyətdir. 2010-cu ildən Çin bir çox sahələrdə ABŞ-ı üstələməyə, bir çox ölkələr ABŞ-la hesablaşmamağa başladı. 90-cı illərdən etibarən milli eqosu sabun köpüyü kimi şişən əhali 20-ci illərdə, xüsusən də 1 aya Rusiyanı diz çökdürəcəcəklərini gözlədikləri (vəd edildiyi kimi) halda 3 il ərzində aciz qaldıqlarını görəndən sonra intuitiv olaraq əvvəlki güc olmadıqlarını hiss edir və əziklik kompleksi yaşayırdılar. ABŞ-ı yenidən şəksiz lider edə biləcək şəxsə tələbat yaranmışdı. MAGA (Make America Great Again!) şüarı da bu tələbatdan yaranan PR sloqanı oldu. Hitler də “Almaniyanın dirçəlişi” şüarı ilə hakimiyyətə gəlmişdi. MAGA-çılar arasında ən populisti, kütləyə oynamağı bacaran isə Tramp oldu. Xalq Hitler kimi Trampın da bütün cinayətlərinə göz yummağa hazır idi – bir şərtlə ki, Tramp onların eqosunun yüksəlməsinə xidmət edəydi. Lakin İran müharibəsində Tramp qalib gələ bilmədi və bu dəfə milli eqonu uçuruma yuvarladı. Belə vəziyyətdə ölkə liderinin 3 çıxış yolu qalır:
1.Qələbənin surroqatını yaratmaq (hansısa zəif bir ölkə ilə müharibəyə başlayıb, qalib gəlmək);

2.Hakimiyyəti itirmək
3.Diktatura yaratmaq

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

“Samsung” Rusiyadan tankerlər üçün avadanlıq istehsalını dayandırdı

admin

“Mən onu seçdim, bəs siz?” – Quliyev Əliyevi dəstəklədi

redaktor

Fəlakət ssenarisi: 30 milyon insanın həyatı təhlükə altındadır

redaktor