DünyaSiyasət

ABŞ-İran danışıqlarının yeni mərhələsi

ABŞ-İran münasibətlərində yeni bir fəsil açılır – diplomatik danışıqlar kritik mərhələyə qədəm qoyur. ABŞ prezidenti Donald Tramp müharibənin sona yaxınlaşdığını və strateji əhəmiyyətli Hormuz boğazının yenidən açılacağını bildirir.

Okeanın o tayından gələbn məlumatlara görə həm ABŞ administrasiyası, həm də İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) tərəfindən etibar edilən Pakistanlı Feldmarşal Asim Munir yüksək səviyyəli nümayəndə heyəti ilə birlikdə Tehrana səfər edib. Onun missiyası Vaşinqtondan mesajını İrana çatdırmaq və yaxın günlərlə gözlənilən birbaşa görüşə zəmin hazırlamaqdan ibarət olub
İndiki həssas dönəmdə Munirin səfəri xüsusi əhəmiyyət daşıyır, çünki Tehran elektron müşahidələrdən çəkinərək telefonlar və ya mesencerlərdən istifadə etmir. Buna görə də Munirin heyəti Vaşinqtonun mesajını İranın Xarici İşlər Naziri Abbas Araqçiyə şəxsən təqdim edib və ikinci raund danışıqların hazırlıqlarını müzakirə edib.

Tramp nikbin bəyanatlar səsləndirib. Fox News jurnalisti Mariya Bartiromo öncə Trampın müharibənin “bitdiyini” elan etdiyinə dair xəbərlər vermişdi. Lakin tam müsahibədə daha incə mövqe ortaya çıxdı. Əslində “Hesab edirəm ki, müharibə sona çox yaxındır,” deyə Tramp bildirib. “Mənim fikrimcə, sona çox yaxındır. Əgər mən indi İrana qarşı addımları dayandırsam belə, bu ölkəni bərpa etmək üçün onlara 20 il lazım olacaq.”

Çərçivə sazişimi?

Mənbələr bildirir ki, ABŞ və İran danışıqlarında əhəmiyyətli irəliləyiş əldə olunub, tərəflər müharibəni dayandırmaq üçün çərçivə sazişinə yaxınlaşıblar.İndiki halda bu, xüsusilə əhəmiyyətlidir, çünki mövcud atəşkəs aprelin 21-də başa çatır və Trampın komandası bu müddətin uzadılmasını istəmədiklərini elan edib.
Axios-un məlumatına görə, ABŞ-nin danışıq qrupu – vitse-prezident C.D. Vens, Ağ Evin xüsusi elçisi Stiven Vitkoff və baş müşavir Cared Kuşner – çərşənbə axşamı və çərşənbə günü Pakistandan olan vasitəçiləri ilə iranlılara təkliflər layihəsini mübadilə ediblər.

ABŞ və İran arasında növbəti birbaşa şəxsi danışıqların yaxın 2-3 gün ərzində, çox güman ki, İslamabadda keçiriləcəyi gözlənilir. Tramp özü də New York Post qəzetinin jurnalistinə Pakistanda qalmağı məsləhət görərək bunu təsdiqləyib: “Oradan getməyin, ABŞ-yə qayıtmayın, çünki növbəti iki gün ərzində orada ciddi hadisələr baş verəcək.”

Bu danışıqların aktuallığını hər iki tərəf başa düşür. Trampın dəniz blokadası İranın neft ixracını effektiv şəkildə dayandırıb və ölkədə dərinləşən iqtisadi böhran Tehranı razılaşma əldə etməyə məcbur edir. Əgər İran Hormuz boğazından neft ixrac edə bilməsə və qurudakı anbarları dolsa, istehsalı dayandırmaq məcburiyyətində qala bilər ki, bu da neft quyularına uzunmüddətli ziyan deməkdir..

Paralel olaraq, ABŞ regiona hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırır. USS George Bush aviadaşıyıcısında və onu müşayiət edən gəmilərdə təxminən 6000 əsgər, həmçinin “Boxer amfibiya” qrupundan (ABŞ Dəniz Piyadalarının 11-ci Ekspedisiya Bölməsi daxil olmaqla) əlavə 4000 hərbçi yaxın günlərdə regiona çatacaq.
Öz növbəsində, İran ABŞ Hormuz boğazının blokadasını davam etdirərsə, Qırmızı dənizdə Bab əl-Məndəb boğazını bağlamaqla hədələyir. Bu addım Səudiyyə Ərəbistanına ağır zərbə vuracaq , çünki ölkə yalnız bu yaxınlarda Ərəbistan yarımadasının ətrafına fırlanaraq müharibədən əvvəlki neft ixrac həcmini bərpa edib.

Çərçivə sazişi nədir?

Hazırlanmaqda olan çərçivə sazişi müharibəni dərhal bitirmək imkanlarına malik olmayacaq. Bunun əvəzinə, o, gələcək hərtərəfli sazişin ümumi konturlarını müəyyən edəcək və təfərrüatları danışmaq üçün atəşkəsin uzadılmasını tələb edəcək. C.D. Vensin dediyi kimi: “Düşünürəm ki, hazırda danışdığımız insanlar razılaşmaq istəyirlər. İşlərin gedişatından çox məmnunam.”

Heç bir təminat olmasa da, hər iki tərəf heç olmasa ilkin razılaşmaya nail olmaqda yüksək dərəcədə maraqlıdır. İran üçün iqtisadi boğulma dözülməz hala gəlir. ABŞ üçün isə diplomatik həll uzunmüddətli hərbi qarışmadan qaçmaq deməkdir. Qarşıdakı günlər bu kövrək təşəbbüslərin davamlı razılaşmaya çevrilə biləcəyini göstərəcək.

 

Alimusa İbrahimov

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynada durum dəyişir – “Vaxt gəldi, dərhal…”

admin

“İran cəbhəsində” nələr baş verməkdədir?

admin

İsrail ordusu HƏMAS-ın “şah damarları”nı ƏLƏ KEÇİRDİ.

admin