24 C
Bakı
06 Sentyabr 2026 07:24
DünyaQalmaqalSiyasət

Gələcək Macarıstan Baş naziri Peter Magyar Orbanı lağa qoyub

Magyar Şandor Sarayına səfəri zamanı çəkilmiş videonu paylaşıb. Macarıstan prezidenti ona ofisini göstərərkən Viktor Orban baş nazirin iqamətgahının bitişik eyvanında kameradan xəbərsiz olaraq diqqətlə nəsə oxuyur.

Magyar istehza ilə bunun “vida nitqi” və ya Donald Trampın yeni bəyanatı” olduğunu bildirib və Orbanı “artist” adlandırıb.

O, həmçinin bildirib ki, yeni hökumət qurulduqdan sonra Tamaş Şujok prezident vəzifəsindən getməlidir.

“Konstitusiya dəyişiklikləri və zəruri hüquqi dəyişikliklər vasitəsilə onu vəzifəsindən uzaqlaşdıracağıq. Onu və Orban sistemi tərəfindən təyin edilmiş bütün digər kuklaları uzaqlaşdıracağıq”, – deyə Magyar vurğulayıb.

 

Sədrəddin Əhmədov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Rusiya-Ukrayna konflikti… Bu dəfə sülh şansı görünür

redaktor

Azərbaycanı niyə İran üçün nişangaha çevirirlər?

redaktor

Cümhuriyyət qurucuları niyə Bayraqda yaşıl rəngi seçdilər ?

redaktor