Dünyaİdman

Bu gün də ÇL-də son yarımfinalçılar müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Beləliklə, son 2 yarımfinalçının da adına aydınlıq gələcək.

Bu axşam 4 köklü komanda meydana çıxacaq. Maraqla gözlənilən qarşılaşmalardan biri Münhendə olacaq. “Bavariya” ötən həftə qalib gəldiyi “Real”ı qəbul edəcək. Cütün üstün tərəfi 1/2 finalda PSJ ilə üz-üzə gələcək.

Londonda isə “Arsenal” 1 həftə əvvəl məğlub etdiyi “Sportinq”lə qarşılaşacaq. Cütün qalibi yarımfinalda “Atletiko”ya rəqib olacaq.

Qeyd edək ki, 1/2 finalın ilk oyunları 28-29 aprel, cavab matçları isə 5-6 may tarixlərinə nəzərdə tutulub.

15 aprel

UEFA Çempionlar Liqası, 1/4 finalın cavab oyunları

23:00. “Bavariya” (Almaniya) – “Real” (İspaniya)
İlk oyun – 2:1

23:00. “Arsenal” (İngiltərə) – “Sportinq” (Portuqaliya)
İlk oyun – 1:0

14 aprel

“Liverpul” (İngiltərə) – PSJ (Fransa) – 0:2
İlk oyun – 0:2

“Atletiko” (İspaniya) – “Barselona” (İspaniya) – 1:2
İlk oyun – 2:0

Yarımfinal

PSJ – “Bavariya” / “Real”

“Atletiko” – “Arsenal” / “Sportinq” (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Bu terror akti İranın maskasını bir daha cırdi. Hər mənada.

redaktor

Rusiya hərbi gəmisi Bakı limanına yan aldı

redaktor

İranın molla rejimi daha bir etirazçını edam edəcək – FOTO

redaktor