DigərQalmaqal

Hakim prosesdən uzaqlaşdırıldı – 20 minlik rüşvət iddiası

Naxçıvan şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyeva hakim həmkarını qərəzli olmaqda ittiham edərək, prosesdən uzaqlaşdırıb.

Uzaqlaşdırılan hakim Heydər Aslanovun sifiarişli işin icrasından imtina ediyinə görə cəzalandırıldığı bildirilir.

Həmin sifarişli işlə bağlı Gülnar Səfəralıyevanın 20 min manat rüşvət aldığı iddia olunur.

Söhbət NDU vəzifəlisi Abbas Əhmədovun etirazçı müəllim Aysel Quliyevaya qarşı şikayətindən gedir.

Abbas Əhmədov hələ ötən il ləyaqətin alçaldılması ittihamı ilə Aysel Quliyevanı məhkəməyə vermişdi. Həmin vaxt hakim Heydər Aslanov şikayəti əsassız sayaraq rədd etmişdi.

Bu işi qazanmaq üçün Abbas Əhmədovun mğhkəmə sədri Gülnar Səfərəliyevaya 20 min manat rüşvət verdiyi, sifariş baş tutmadığından isə bu məbləği geri tələb etdiyi bildirilir.

Pulunu geri ala bilməyən Abbas Əhmədov ötən həftə meəllimi eyni ittihamla yenidən məhkəməyə verib. Hakim Heydər Aslanov isə hazırkı ittihamın əvvəlki, rədd olunmuş ittihamla eyni olduğunu əsas gətirərək şikayəti qəbul etməyib.

Bundan sonra sədr Gülnar Səfərəliyeva işə qarışıb bu qərarı ləğv edib və hakimi işdən uzaqlaşdırıb.

Qərarda uzaqlaşdırmaya səbəb kimi hakimin Abbas Əhmədova qarşı qərəzli mövqeyi göstərilib. Lakin qərəzin konkret nədən ibarət olduğu barədə heç bir məlumat verilmir.

Mübahisəli şikayət ərizəsinə Gülnar Səfərəliyevanın özünün baxacağı bildirilir. Bu yolla onun aldığı rüşvəti durultmaq istədiyi bildirilir.

Ötən ilin sentyabrında “Gündəlik Naxçıvan” NDU-nun Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin bir qrup tələbəsinin müraciətini yayıb. Müraciətdə dekan müavini Abbas Əhmədovun tələbələri döydüyü və təhqir etdiyi iddia olunurdu. Tələbələr bildirirdilər ki, universitet rəhbərliyi onu cəzalandırmaq əvəzinə, onları müdafiə edən müəllim Aysel Quliyevanı işdən çıxarıb.

Abbas Əhmədov tələbələrin bu müraciətini əsas gətirərək məhkəməyə müraciət etmişdi. Şikayət olunan şəxs – Aysel Quliyevanın isə həmin müraciətin yayılması ilə heç bir əlaqəsi olmayıb. Buna baxmayaraq, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Gülsüm Əliyeva şikayəti icraata götürmüşdü. Məsələ ictimailəşdikdən sonra bu addım ciddi ictimai qınağa səbəb olmuş, hakim isə ilk iclasda işə baxmaqdan imtina etmişdi.

Daha sonra iş Bakıdan yeni təyin olunmuş hakim Aslan Heydərova verilmişdi. O isə şikayəti əsassız hesab edərək işə xitam vermişdi. (Gündəlik Naxçıvan)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Elxan Məmmədov: “Tənqidlərdən ötrü darıxıram”

admin

Aytən Səfərova Murad Dadaşovu tənqid edən Kamran Həsənliyə cavab verdi.

admin

Şagirdə qarşı zorakılıq görüntüləri ilə bağlı DİN və BŞTİ-dən açıqlama

admin