DünyaSiyasət

Bu da sizin təriflədiyiniz Qərb demokratiyası

Utanıb yerə girmirlər. Həyasızlığın həddinə bax ki, Baş nazirin arvadına korrupsiyaya bulaşma cinayətilərinə görə dörd maddə üzrə ittiham irəli sürürlər. Deyəndə Avropa dağılır inanmırdınız.

İspaniya Baş naziri Pedro Sançezin arvadı Beqona Qomez rəsmi olaraq bir neçə korrupsiya maddəsi ilə, o cümlədən nüfuzundan sui-istifadə, biznes korrupsiyası, vəsaitlərin əsassız dağıdılması və mənimsənilməsi ilə bağlı ittiham edilib.

İstintaq 2024-cü ilin aprel ayında Manos Limpias adlı korrupsiyaya qarşı mübarizə təşkilatının şikayətindən sonra başlayıb. Təşkilat Qomezi vəzifəsindən istifadə edərək hökumət müqavilələrinə təsir göstərməkdə və universitet layihələri üçün sponsorluq əldə etməkdə ittiham edib.
O zaman Pedro Sançez bu iddialar fonunda istefa vermək barədə düşünmək üçün beş günlük fasilə verdi, lakin sonda vəzifəsində qalmağa qərar verdi.

 

İlham Qadir

Tacxeber.com

Oxşar xəbərlər

Moldova prezidenti ölkəsinin NATO-ya üzv olmaq niyyətini açıqlayıb

admin

Azərbaycan Ordunu göndərsə, nə olacaq? – Markov

redaktor

Trampdan möcüzə gözləməyin – Zelenski

admin