26 C
Bakı
30 Avqust 2026 19:24
DünyaGündəmSiyasət

“O, seçki saxtakarlığının nə olduğunu hamıdan yaxşı bilir” D. Tramp

Tramp prezidentliyi dövründə Ağ Evdə çox dövlət başçısını qəbul edib. Lakin həmin görüşlərdəki istehzalar, zarafatlar, mesajlar, atmacalar – əslində süni diplomatik etiket pərdəsinə bürünmüş həqiqətləri deməklə liderləri şok vəziyyətinə salması bu vaxta qədər dəyərləndirilməmiş əsl komediya formatıdır.

Məsələn:

Tramp Türkiyənin prezidentini qəbul edərkən özünün hakimiyyətdən uzun zaman uzaq tutulmasından, seçkilərin saxtalaşdırılmasından danışmağa başlayır və Rəcəb Tayyib Ərdoğana işarə edərək deyir:

– O, seçki saxtakarlığının nə olduğunu hamıdan yaxşı bilir.

Almaniya kansleri Mertslə danışarkən Merts uzaqdan başlayır:

– İyunun 6-ı amerikanların Avropada müharibəni bitirərək Normandiyaya ayaq basmalarının ildönümüdür.

Tramp:

– Bu, sizin üçün o qədər də yaxşı gün deyildi, hə?

Merts dili topuq vura-vura vəziyyətdən çıxmağa çalışır:

– Mister prezident, mister prezident…

Trampsa davam edir:

– Hə, o yaxşı gün deyildi..

Yaponiyanın baş naziri Sanae Takaiti də bu arada özünü naqolay hiss edib. Yapon jurnalisti:

– Siz İrana hücum edəcəyinizi nə üçün əvvəlcədən bildirməmisiz?

Tramp:

– Biz sürpriz etmək istəmişik. Sürprizlər haqqında Yaponiyadan çox bilən var? Nə üçün siz mənə Pörl Harbor barədə heç nə danışmamısız? Razılaşdıq?

Sanae Takaiti:

– Yes.

Kim nə deyir desin, Amerikanın gücü məhz Trampın prezidentliyində üzə çıxdı. ABŞ-ın onun kimi dəlisov, amma çox səmimi prezidenti olmayıb, məncə, olmayacaq da.

Özü də etiraf edib: “Bunları məndən başqa heç kim etməyəcək!”

 

Arzu Qaziyeva

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Rusiya Dövlət Duması Ukraynaya qarşı nüvə silahından istifadə etməyə çağırıb

redaktor

Rusiyada sakinlər kişilərin Ukraynadakı müharibəyə getməsinin qarşısını almaq üçün küçə patrulları yaradıblar

redaktor

«İrandan çıxıb getsinlər» deyən aparıcı özü ABŞ-da yaşayır

redaktor