25 C
Bakı
20 Avqust 2026 08:26
DünyaSiyasət

Müharibənin indiki mərhələsində ABŞ və İsrail fərqli hərbi-siyasi hədəfləri seçiblər.

ABŞ Hörmüz boğazının blokadadan çıxarılması və İranın nüvə proqramının məhv edilməsi ilə məşğuldur. ABŞ B-1 və B-2 tipli bombardmançılardan istifadə edərək boğaz boyunca ağır bombalar yağdırır ki, həmin ərazidən raketlər, dronlar və minaların yerləşdirilməsi üçün istifadə olunan kiçik qayıqlar buraxıla bilməsin. ABŞ paralel şəkildə nüvə proqramının yeraltı hissəsinin məhv edilməsinə başlayır.

İsrail isə rejimin cəza və idarəedici qüvvələrinin məhv edilməsinə fokuslanıb. Əvvəlcə böyük toplanma nöqtələrini vururdularsa, indi artıq ayrı-ayrı blok-postların, nəqliyyat vasitələrinin və s. dəqiq şəkildə məhv edilməsinə keçiblər, yəni nöqtəvi əməliyyatlar aparılır.

SEPAH və Bəsic qüvvələrinin bütün əsgər və zabitlərinə İsraildən silahı yerə qoymağa çağıran SMS-lər göndərilir.

İsrail çalışır ki, rejim elə səviyyədə zəiflədilməli və dağıdılsın ki, ya əməliyyat zamanı, ya da onun bitməsindən sonra çöksün və bu proses geri dönməz hala gətirilsin.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

İlham Əliyev həqiqətən Putindən qorxur?

redaktor

Donald Trampın uda bilmədiyi CNN-i Azərbaycan uda bilərmi?

redaktor

Azərbaycanda doğum azalır, ölüm artır

redaktor