19 C
Bakı
01 Oktyabr 2026 00:28
DünyaGündəmSiyasət

İsrail Əli Laricani-ni öldürdü

İsrail müdafiə naziri İsrael Katz Əli Laricani-nin öldürüldüyünü təsdiqləyib.

Katz qeyd edib ki, “Laricani və Bəsic komandiri dünən gecə məhv edilib və məhv planının rəhbəri Xamenei və cəhənnəmin dərinliklərindəki şər oxunun bütün caniləri ilə birləşiblər. Baş nazir və mən İsrail Müdafiə Qüvvələrinə İrandakı terrorçu və repressiv rejimin rəhbərliyini axtarmağa davam etməyi tapşırmışıq”.

Laricani, İsrail Müdafiə Qüvvələri tərəfindən 28 fevralda Əli Xamenei və digər 40 yüksək vəzifəli məmurun öldürülməsindən bəri İranı idarə edən şəxsdir.


İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani İsrailin İrana gecə hücumlarında vurulan hədəflər arasında ola bilər.

Bu barədə İsrail Yayım Korporasiyası məlumat yayıb.

Hazırda bu məlumatın rəsmi təsdiqi yoxdur.

 

Tacxeber.com

Oxşar xəbərlər

Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı həbs edilib

admin

Ombudsmanın maaşı 3 min 60 manatdan 12 min manata qaldırlıdı

admin

Azərbaycan–Türkiyə münasibətlərində görünən və görünməyən həqiqətlər

redaktor