DünyaMuharibə

“Zaporojye ən qaynar nöqtəyə çevrilib” – Sırski

Rusiya Silahlı Qüvvələrinin Ukraynada hücum əməliyyatlarının ən yüksək intensivliyi Zaporojye istiqamətində – Qulyaypole rayonunda qeydə alınır.

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski özünün “Telegram” kanalında məlumat yayıb.

“Növbəti günümü səfərdə keçirdim, Zaporojye istiqamətində, Stepnoqorsk, Primorsk, Şerbakov, Qulyaypole, Zelyonı, Varvarovka rayonlarında döyüş əməliyyatları aparan hissələrdə işlədim”, – Sırski yazıb.

Onun sözlərinə görə, Rusiya qoşunları bu istiqaməti əsas hədəf sayır və ora xeyli miqdarda qüvvə cəmləşdirir.

“Qulyaypole rayonunda hücum əməliyyatlarının intensivliyi digərləri ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir”. – paylaşımda qeyd olunur.

Xatırladaq ki, martın 14-də Sırski hazırda aktiv döyüş əməliyyatlarının davam etdiyi “Cənub” əməliyyat zonasına səfər edib. Onun sözlərinə görə, Ukraynanın Müdafiə Qüvvələri cənub istiqamətində müəyyən hədləri qoruyub saxlayır, tədricən irəliləyir və yaşayış məntəqələrinin azad edilməsi uğrunda döyüşlər aparır.

Həmçinin daha əvvəl bildirilib ki, Rusiya qoşunları son həftələrdə cəbhənin ayrı-ayrı sahələrində hücum əməliyyatlarını aktivləşdiriblər. Zaporojye istiqamətində hücumlar artıb, burada həmlələrin intensivliyi bəzi yerlərdə cəbhənin ən gərgin sahələrindən birinin – Pokrovsk rayonunun göstəricilərini üstələyib. (Report)

 

Tacxeber.com

Oxşar xəbərlər

Çeçenistandan qaçmış qadının Ermənistanda qəsdən öldürülməsi şübhəsi ilə cinayət işi açılıb

admin

Zelenski üzərində tapança gəzdirir

redaktor

Elon Mask üzr istədi: Etdiyim ən axmaq şeylərdən biridir

redaktor