24.4 C
Bakı
22 İyun 2026 17:22
DünyaGündəm

Qorxu çox pis şeydir…

Ayətullah Əli Xameneyinin ölümü, deyəsən, Rusiya prezidenti Vladimir Putinə çox pis təsir edib. İndi o, hamıdan və hər şeydən qorxur. Onun iqamətgahının ətrafında təhlükəsizlik zonası yaradılır. “Agentstvo” nəşrinin məlumatına görə, Rusiyanın Federal Mühafizə Xidməti Putinin Soçidəki Boçarov Ruçey iqamətgahının ətrafında 3 kvadrat kilometrdən çox ərazini əhatə edən təhlükəsizlik zonası yaratmağı təklif edib.

Bu zonada bannerlərin nümayiş etdirilməsi, silah kimi əşyaların istifadəsi, vertolyot meydançalarının tikintisi, avtomobil və motosiklet təmiri, heyvanların yetişdirilməsi və tullantıların atılması qadağan ediləcək.

Bundan əlavə, bəndin bir hissəsi istisna olmaqla, dron uçuşları və su nəqliyyat vasitələrinin lövbər salması qadağan ediləcək. Amma bu işlər hara qədər davam edə bilər? Əgər insan qorxursa, ona heç nə kömək edə bilməz…

Dadaş Əhmədli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İsveç sanksiyalar çərçivəsində Rusiya gəmisini saxlayıb.

redaktor

“TikTok”u satmaq tələbi soyğunçuluqdur – Çin XİN

redaktor

Prezident təxribata əl atan Paşinyanı belə susdurdu – VİDEO

redaktor