DünyaSiyasət

Xruşşovun nəvəsi Rusiyada “xarici agent” elan edildi

Rusiya Ədliyyə Nazirliyi SSRİ-nin sabiq lideri Nikita Xruşşovun nəvəsi, beynəlxalq münasibətlər üzrə professor Nina Lvovna Xruşşovanı “xarici agent” kimi tanıyıb.

Nazirlik daha 5 nəfərin “xarici agentlər” reyestrinə daxil edildiyini açıqlayıb. Siyahıya daxil edilən şəxslərdən biri də Nina Xruşşovadır.

Nazirliyin rəsmi açıqlamasında bildirilir ki, Xruşşova xarici agent kontentinin hazırlanmasında iştirak edib və “xarici mənbə tərəfindən təqdim edilən informasiya platformasında cavabdeh şəxs kimi çıxış edib”.

Qeyd edək ki, Rusiyada “xarici agent” statusu əsasən xaricdən maliyyə və ya dəstək aldığı iddia edilən şəxslərə və təşkilatlara verilir.(Bakupost.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Kosovoda Türkiyə millisinin qaldığı otelə fişəng hücumu

admin

“İran Almaniya vətəndaşlarını girov götürür” – Almaniya XİN

redaktor

ABŞ və İsrail üçün bu əməliyyatdır, İran üçün isə müharibədir.

redaktor