10 C
Bakı
30 Aprel 2026 00:22
Dünyaİqtisadiyyat

Neft bahalaşır, amma Azərbaycan həqiqətən qazanırmı?

Son 15 gündə dəyərli qələm əhlindən ən çox aldığım sual budur ki, neft bahalaşır, bu Azərbaycana xeyirlidir, bəs hökumət sosial xərcləri artıra bilərmi?!

Neft bahalaşanda, təbii ki, Azərbaycanın valyuta gəlirləri, daxiolmaları, ticarət dövriyyəsinin müsbət saldosu artır – bu çox yaxşıdır.

Amma, dünyada neft bahalaşanda mal və xidmətlərin maya dəyəri, daşınma xərcləri, logistik yollarda xaotik duruma görə sığorta xərcləri də artır.

Azərabycan isə yediyinin-işdiyinin 75%-ni, geyindiyinin 87-88%-ni, əlində tutduğu telefonun, işlədiyi kompyuterin 100%-i, sürdüyü maşının 99,5%-i, avtomobil ehtiyat hissələrinin 99%-i və s. xaricdən idxal edir. İdxaldan bu qədər asılı olan ölkə, neft qiymətlərinin artmasına görə qazandığı, idxaldan sılılığıa görə artıqlaması ilə itirir.

Neft gəlirlərinin artması sosial xərcləri birbaşa artırmaz – bəlkə buna heç ehtiyac da yoxdur, gəlir artırsa, vergi-rüsum-cəriməliri azaltsınlar, bu daha yaxşı, daha doğru, daha təməl addım olar, iqtisadi aktivliyi canlandırar…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Şeytanla müqavilə mümkündürmü?

redaktor

“Milyarder olmaq istəyirsiniz? NSE-yə daxil olun” – Aşiş Çauhan

admin

Rusiya ordusunun pilotu: “Bizi “Vagner”in üzərinə göndərdiklərini bilmirdik”

redaktor