19 C
Bakı
28 Sentyabr 2026 02:11
DünyaSiyasət

Hörmüz boğazı uğrunda yeni oyun

İran Hörmüz boğazından Çinin və Rusiyanın gəmilərinin keçməsinə mane olmurdu. Dünən məlumat yayıldı ki, eyni icazə Hindistan gəmilərinə də verildi. Bu nə deməkdir?

ABŞ-ın planı: İranı ram etməklə Hörmüz boğazına nəzarət etmək və Çinə gedən neft və maye qaz gəmilərini dayandırmaq, əldən gedən hegemonluğunu möhkəmlətmək.

Fakt: Hörmüz boğazı tam BRICS-in nəzarətinə keçdi. İndi BRICS Fars körfəzindən Qərbə gedən neft, maye qaz həcmlərini və ya tranzit tariflərini tənzimləməklə (yüksək qiyməti saxlamaq üçün) onların iqtisadiyyatını çökdürə bilər.

Beləliklə, Hörmüz boğazının bundan sonra əvvəlki rejimdə işləyəcəyini gözləmirəm. Bu ticarət yollarına nəzarət üzrə BRICS-in ilk layihəsi oldu. Bundan sonra məntiqlə Malakka və ya Bab əl-Məndab boğazı uğrunda əməliyyat olmalıdır.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

İki qardaş arasına nifaq salmaq asan deyildir…

redaktor

Türkiyə türk dövlətlərini fəlakətli məcarəpərəstliyə sürükləyir

redaktor

Rus terroru davam edir

redaktor