10 C
Bakı
11 Mart 2026 14:51
DünyaHadisə

ABŞ Ukraynadan kömək istəyir…

Bu, tarixin ironiyası da hesab oluna bilər. Hətta, dağın da təpəyə işi düşür. Amma bu dəfə məsələ daha ciddidir. Ukrayna prezidenti Volodimir Zelenski irlandiyalı blogger Keylin Robertsona verdiyi müsahibədə Ukraynanın artıq kozır kartlarına malik olduğunu bildirib. Həm də bunu özünə məxsus tərzdə ifadə edib: “Düşünürəm ki, onlar bir il əvvəl də bizdə var idi, amma biz onları göstərmədik. Necə ki, oyun zamanı oyunçu əlində olan güclü kartları dərhal açıqlamır. Amma indi hamı başa düşür ki, bizdə bunlar var. Bəli, bu doğrudur”, – deyə Zelenski bildirib.

“Bizim kozırlarımız ordumuzun, sənayemizin və mütəxəssislərimizin əməyinin nəticəsidir” – deyə, Ukrayna prezidenti müsahibəsində bildirib. Pentaqon və Fars körfəzi ölkələri İranın “Şahid” dronlarına qarşı durmaq üçün tutucu dronlar almaq məqsədilə Ukrayna ilə danışıqlar aparırlar. Ukraynalılar bu işdə əla nəticə göstəriblər.

Beləcə, bir il öncə Ağ Evdə təzyiqlərlə üzləşən Ukrayna prezidenti və onun komandası indi bütün dünyanın tələbatına çevrilmiş texnologiyaya malikdir və bu baxımdan da indi hamı onlarla daha ehtiramla danışmağa başlayıb…

 

Dadaş Əhmədli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Şərq Bazarı”nı əvvəl tikib, sonra icazə alıblar – Fotofakt

admin

Cənubi Koreya Prezidentinin həbsinə İCAZƏ VERİLDİ

admin

Müğənni ilə rəqqasənin ölüm səbəbi bilindi

redaktor