17 C
Bakı
01 Oktyabr 2026 06:58
CəmiyyətHadisə

“Şərq Bazarı”nı əvvəl tikib, sonra icazə alıblar – Fotofakt

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 15 və 37A ünvanlarında yerləşən “Şərq Bazarı” kompleksinin yenidənqurulması ilə bağlı layihəyə icazə verib.


 Komitədən açıqlanan məlumatda “Tİ-03/22” nömrəli icazənin 31.08.2022-ci il tarixində, Tikintilərin Dövlət Reyestri tərəfindən verilmiş “00700003-3-2501-005510/1122” kodun isə 03.11.2022-ci il tarixində verildiyi bildirilir.
Bunlardan başqa şəhərsalma sənədlərinə uyğunluq barədə “02/270” nömrəli rəyin 22.01.2022-ci il tarixində verildiyi qeyd olunub.
Qeyd edək ki, “Şərq Bazarı” kompleksinin yenidənqurulması ilə bağlı işlərə rəsmi icazənin verilməsindən əvvəl başlanılıb. Bu barədə mətbuatda məlumatlar da yayılıb. Dövlət televizyası (AzTV) ötən ilin aprel ayında “Şərq Bazarı”nda aparılan yenidənqurma işlərilə bağlı reportaj hazırlayıb. Kompleksin rəsmi açılışı  isə bu il iyun ayının 6-da baş tutub.
Məlumat üçün bildirək ki, “Şərq Bazarı” kompleksinin yenidənqurulması ilə bağlı işlər “PMD Group” MMC tərəfindən həyata keçirilib. (Yeniavaz.com)

Tcaxber.com

Oxşar xəbərlər

Ronaldo yığmanın düşərgəsini tərk edib?

admin

Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı həbs edilib

admin

Ombudsmanın maaşı 3 min 60 manatdan 12 min manata qaldırlıdı

admin